“Vətəndaş öz dövləti ilə qürur duymalıdır”
Tarix: 04.06.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Azərbaycan son bir neçə ildə iqtisadi-siyasi potensialını, beynəlxalq aləmdə olan çəkisini getdikcə artırır. Buna görə də dünyanın böyük dövlətləri Azərbaycanla olan əməkdaşlığa böyük əhəmiyyət verirlər. Azərbaycanda bir neçə gün bundan öncə baş tutan ABŞ-Azərbaycan Forumu da bunu təsdiq edir. Əfsuslar olsun ki, Azərbaycanın bu uğurunu, ABŞ-la olan strateji tərəfdaşlığını gözü götürməyən qüvvələr ölkəmizə qarşı qərəzli kampaniya həyata keçirirlər. Konqresmenlərin iqtidarı dəstəkləməsi kimlərinsə xoşuna gəlmir.
Məsələ ilə əlaqədar qəzetimizə açıqlama verən politoloq Sahil İsgəndərov bunları dedi: “İlk növbədə onu qeyd etmək istəyirəm ki, mən özüm orada iştirak etmişəm. Orada iştirak edənlərin, ABŞ konqresmenlərinin, beyin mərkəzlərinin rəhbərlərinin Azərbaycanın dinamik inkişafı ilə bağlı tezislərini, fikirlərini mən də eşitdim. ABŞ-Azərbaycan forumu ilk dəfə idi, belə yüksək səviyyədə keçirilirdi. Forumun 300-dən artıq amerikalı iştirakçısı var idi. Bu ilk növbədə Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın birinci dərəcəli tərəfdaşı olmasının, eynilə ABŞ-ın Azərbaycan hakimiyyətini ölkəmizdə həyata keçirdiyi siyasət, apardığı islahatlar, novator addımları kontekstində dəstəkləməsinin sübutudur. Sözsüz ki, belə bir tədbirin keçirilməsi ABŞ-ın Azərbaycan dövlətçiliyinə, onun apardığı daxili və xarici siyasətə müsbət yanaşmasının təzahürüdür. Məsələn, çıxışçılardan “Strasfor” beyin mərkəzinin rəhbəri olan Corc Fridson qeyd dib ki, ABŞ-ın daim inkişafda və yenilənməkdə olan dövlətlərlə əməkdaşlığa ehtiyacı var. O bildirib ki, Avropa artıq qocalır və ABŞ-ın tərəfdaşı kimi öz vəzifələrinin öhdəsindən çətinliklə gəlir. Bu nöqteyi-nəzərdən sözügedən istiqamətdə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın daxili və xarici siyasətinin dəstəklənməsi baxımından prof. Maykl Keynin çıxışını xüsusi qeyd etmək istərdim. O çıxışı zamanı qeyd etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilib. Eyni zamanda o, Avropanın enerji təhlükəsizliyini Azərbaycanın təhlükəsizlik maraqları ilə bağladı və qeyd etdi ki, Azərbaycanın təhlükəsizliyi təmin olunmadan, Azərbaycanın torpaqları işğaldan azad olunmadan Avropanın enerji təhlükəsizliyini təmin etməkdən danışmaq mümkün deyil. Onun üçün də ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini daha da gücləndirməlidir. Bu artıq Azərbaycanın beynəlxalq aləmdə qazandığı ən böyük xallardan biridir. Çünki bu sözü erməni diasporunun, lobbisinin güclü olduğu ABŞ-ın rəsmi nümayəndəsi deyir. Qərbdə Azərbaycanın bəzi “xeyirxah”ları ölkəmizin silahlanma üçün böyük vəsait ayırdığını, beləliklə, bunun regional təhlükəsizliyə təhdid olduğu haqqında danışırlar. Lakin bildiyimiz kimi, Azərbaycan bunu lazım gələrsə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələrək Ermənistanın işğalı altında olan ərazilərini işğaldan azad etmək və beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünü yenidən bərpa etmək üçün edir. Eyni zamanda digər sahələrin, qeyri-neft sektorunun inkişafı üçün də xeyli vəsait ayrılır. Forumda çıxış edən konqresmenlərdən biri də həmin məqama toxundu. O, Azərbaycanın yalnız silahlanmaq üçün deyil, eyni zamanda ölkədə bütün digər sahələrin inkişafı üçün maliyyə vəsaiti ayırdığını qeyd etdi. Əslində belə forumlar tez-tez keçirilməlidir. Azərbaycan ən azı 907-ci düzəlişi aradan götürmək üçün konqresmenlərlə əlaqələri gücləndirməlidir. O ki qaldı Azərbaycanı istəməyən qüvvələrə, bu, həmişə olub. ABŞ-dakı erməni lobbisi həmişə ölkəmizin inkişafına kölgə salmağa çalışıb. “Washington Post” qəzetinin Azərbaycanla bağlı ədalətsiz tənqidi, qərəzli yazıları birinci dəfə deyil ki, çap olunur. Bunun arxasında kimin durduğunu tam yəqinliklə demək olar. ABŞ-ın Azərbaycandakı siyasi hakimiyyəti dəstəkləməsi məsələsi ilə bağlı isə belə bir qəribə sual ortaya çıxır: “ABŞ niyə həyata keçirdiyi siyasətlə hərbi, iqtisadi-siyasi cəhətdən güclənən Azərbaycanın siyasi hakimiyyətilə əməkdaşlıq etməsin, onu dəstəkləməsin?”
Hər bir xırda şeyi şişirdən, hər dəfə Qərbə üz tutan radikal müxalifət niyə bu dəfə ABŞ-ın Azərbaycan hakimiyyətini dəstəklədiyini qəbul etmək istəmir?
Azərbaycanın daxilindəki pozucu qüvvələr dolayı yolla ölkəmizin inkişafına mane olmaq istəyən erməni lobbisinin, müxtəlif beynəlxalq QHT-lərin, ölkəmiz haqqında qəzetlərdə qərəzli yazıların dərc olunmasında maraqlı olanların istəklərini həyata keçirirlər. Prezident İlham Əliyev forumda da qeyd etdi ki, Azərbaycan dövləti beynəlxalq siyasi proseslərdə özünün dövlət maraqları prizmasından hərəkət edir. Bu və digər sahədə atılan addımlar isə ümumilikdə dövlət maraqlarının qorunmasına, onların təmin edilməsinə xidmət edir. Ölkə Prezidenti həyata keçirdiyi siyasət zamanı heç bir zaman milli maraqlarımıza zidd olan addımlar atmayıb.
Son dövrlərdə ABŞ-ın Azərbaycan marağı daha da artıb. Azərbaycan regionda ABŞ-ın əsas tərəfdaşına çevrilib.
ABŞ-Azərbaycan Forumu başa çatdıqdan bir gün sonra ölkəmiz yeni bir mötəbər tədbirə, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Fikrimcə, bütün bu uğurlarla hər bir Azərbaycan vətəndaşı qürur duymalıdır”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info