Belarusda internet resursları məhkəmə qərarı olmadan bloklanacaq
Tarix: 21.04.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Yeni qanuna əsasən dövlət qeydiyyatından keçməyən internet-media əməkdaşları jurnalist statusu daşımayacaqlar

İnternet resurslarında şərh yazanlar identifikasiyadan keçməlidirlər

Belarusun informasiya naziri Aleksandr Karlyukeviç:
“Şərh yazanların identifikasiyasının necə təşkil ediləcəyi hələ müəyyənləşməyib və hökumət bunun üzərində işləyir”

Belarusda uzun müddətdir kuluarlarda müzakirə olunan, iki həftə əvvəl isə ictimai müzakirəyə çıxarılan KİV haqqında yeni qanun layihəsi artıq parlamentə birinci oxunuşda qəbul edilib. Belarus prezidenti Lukaşenkonun təşəbbüsü ilə hazırlanan sənədlə bağlı ən çox mübahisə yaradan məqam internet və internet-media ilə bağlıdır. “Nezavisimaya qazeta” yazır ki, qanun internet resursları ənənəvi KİV-lərlə bərabər səviyyədə qəbul edir. Yeni qanun qüvvəyə mindikdən sonra internet resurslarını məhkəmə qərarı olmadan da bloklamaq mümkün olacaq. Digər tərəfdən dövlət qeydiyyatından keçməyən internet-media əməkdaşları jurnalist statusu daşımayacaqlar. Qanunun müəllifləri qeyd edirlər ki, internet mediaya ənənəvi media orqanlarında olan hüquqların verilməsi üçün imkanlar yaradılır. Onlar da ənənəvi media kimi informasiya toplamaq və yaymaq hüququna malikdirlər. Qanun televiziyaların minimum 30 faiz milli kontentə sahib olmasını məcburi edir. Ən çox narazılıq yaradan və geniş müzakirə olunan məsələ qanunda internet resurslarında şərh yazılması ilə bağlıdır. Artıq birinci oxunuşdan keçən qanuna əsasən, şərh yazan bütün forum iştirakçıları identifikasiyadan keçməlidirlər. Bu isə “internetdə olan destruktiv informasiyadan müdafiə olunmaq”la bağlıdır. Qanun layihəsində qeyd edilir ki, sənədin ortaya çıxmasında əsas məqsədlərdən biri də kütləvi informasiya sferasında hüquq münasibətlərini təkmilləşdirmək, informasiyanın ötürülməsinin yeni formalarının ortaya çıxdığı bir vaxtda Belarusun milli təhlükəsizliyi və cəmiyyətin maraqlarının qorunmasını təmin etməkdir. Cəmi iki həftə əvvəl təqdim edilməsinə baxmayaraq, ona qarşı alternativ sənəd hazırlayanlar olub. Onlardan biri də deputat Anna Kanopaçkayadır. O bildirib ki, həmin layihənin alternativini hazırlasa da, parlamentdə ona bildiriblər ki, buna, ancaq birinci oxunuşdan sonra baxıla bilər. Bu isə o deməkdir ki, həmin alternativ sənədə baxılmayacaq. Qaydaya əsasən birinci oxunuşdan sonra bu, mümkün deyil. Deputatın ən çox narazı qaldığı məqam internet resursun məhkəmə qərarı olmadan bloklanmasıdır. Parlament müzakirələri zamanı qanunun əleyhinə cəmi iki deputatın səs verməsi onun ikinci oxunuşdan da problem olmadan keçəcəyini deməyə əsas verir. Müzakirələr zamanı deputatlar, əsasən, iki məsələ ilə bağlı çoxlu suallar ünvanlayıblar. Bunlardan biri uşaqların arzuolunmaz internet-kontenlərdən qorunması və şərh yazanların identifikasiyasının necə təşkil edilməsi ilə bağlı olub. Belarusun informasiya naziri Aleksandr Karlyukeviç suallara cavabında bildirib ki, bunun necə təşkil ediləcəyi hələ müəyyənləşməyib və hökumət bunun üzərində işləyir. Nazir qanundan narazı qalanların internetdəki Belarus resurslarından digərlərinə, əsasən də, rus resurslarına keçməsində qorxulu bir şey görmür. Bir müddət əvvəl bloklanan “Xartiya97” internet resursunun redaktoru Nataliya Radina hesab edir ki, onsuz da əhali Rusiya telekanallarına baxır. Bu azmış kimi, yeni qanundan sonra insanlar rus internet resurslarına axın edəcəklər. Belarusun bəzi müstəqil ekspertləri hesab edirlər ki, belə bir qanunun ortaya çıxmasını zəruri edən əsas səbəb internet məkanında - Belarus seqmentində mümkün olduğu qədər qayda yaratmaq, ölkənin maraqlarının əleyhinə yönələn zərərli informasiyalardan qorunmaqdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı
17.07.2019
“Breeze 2019” hərbi təlimə start verildi
17.07.2019
Tramp: “Türkiyə ilə yaxşı münasibətlərimiz var“
17.07.2019
Planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info