Nikol Paşinyan: “Plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq”
Tarix: 21.04.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər



Ermənistanın ən iri şirkətlərindən biri olan
“Sinopsis Ermənmistan”ın da əməkdaşları mitinqlərə qoşulublar


Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması bu ölkədə ciddi narazılıqlara səbəb olub. Artıq neçə gündür ki, xalq küçələrə çıxaraq Ermənistanın köhnə-yeni rəhbərdən bezdiyini bildirir. Hətta iş o yerə çatıb ki, Ermənistandakı mitinqlərə-ümumxalq etirazına ayrı-ayrı ölkələrdə yaşayan ermənilər də qoşulublar, onlar bir neçə gündür ki, yaşadıqları ölkələrdə etiraz aksiyaları keçirirlər.
Ermənistanda isə vəziyyət, hələ ki, gərgin olaraq qalır. Ötən günlərdə olduğu kimi, dünən də sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz edən müxalif “Elk” parlament fraksiyasının lideri Nikol Paşinyanın tərəfdarları səhər saatlarından Yerevan küçələrində avtomobillərin hərəkətinə mane olmağa çalışıblar. “Interfax” informasiya agentliyinin yaydığı xəbərə görə, Nikol Paşinyan öz tərəfdarlarını bütün küçələri bağlamağa səsləyib. “Elə etmək lazımdır ki, Serj Sarkisyan onun hakimiyyətdən getmək vaxtının çatdığını anlasın” - deyə müxalifət lideri bildirib. Aksiyalar başlayan kimi erməni polisi Yerevanın mərkəzindəki Respublika meydanında daha 16 aksiya iştirakçısını həbs edib. Ümumilikdə isə Ermənistanın paytaxtı Yerevan şəhərində həbs olunan aksiya iştirakçılarının sayı 180-ə çatıb.
Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Aşot Aqaronyan bildirib ki, həbs olunanlar ictimai asayişi pozanlar olublar.
Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan, həmçinin bildirib ki, həbslər onları qorxutmur, yollar yük maşınları ilə mühasirəyə alınır. İrəvanda üç ədəd iri TIR Alabyan küçəsində və Kiyev körpüsündə hərəkəti dayandırmağı bacarıb. Polis həmin istiqamətə əlavə qüvvələr yeridib. Paşinyan isə xalqa və xüsusən də sürücülərə çağırış edib ki, belə hallar olanda həbs edilmək təhlükəsilə üz-üzə qalan yol bağlayan sürücüləri canlı divar şəklində qorusunlar. Belə olanda polislər onları tuta bilmir.
Nümayişçilərin başqa hissəsi Arşakunyants prospektini bağlayıb. Mitinqə toplaşanlar arasında Ermənistanın ən iri İT-şirkətlərindən biri sayılan “Sinopsis Ermənmistan”ın da əməkdaşları olublar.
Paşinyan dünən mitinqlərə qoşulanlara müraciətində onu da deyib ki, plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq.
Xatırladaq ki, etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda baş nazir təyin olunub. Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.
Serj Sarkisyanın Ermənistanın baş nazir postuna seçilməsinin əleyhinə keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. Aprelin 16-da polislə parlament binasına tərəf yürüş etməyə çalışan mitinq iştirakçıları arasında baş verən toqquşma nəticəsində onlarla insan xəsarət alıb. Növbəti gün etirazçılar Ermənistanda “məxməri inqilabın” başlandığını elan ediblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info