Yuxu zamanı qaraciyəri zəhərlərdən təmizləyən möcüzəvi içki
Tarix: 21.04.2018 | Saat: 08:33:00 | E-mail | Çapa göndər


Süd, sarıkök, zəncəfil və bal qarışığı çox dadlı, ətirli və faydalı içkidir.
Təbii inqrediyentlərdən hazırlanan içki stressi azaldır, gərginliyi aradan qaldırır və gecələr rahat yuxuya getməyə kömək edir. Sarıkök, zəncəfil və süddən düzəldilən içkinin gözəl effektləri bununla bitmir
Şəfaverici içki əsəbləri sakitləşdirir, bədəni rahatlaşdırır, eyni zamanda, orqanizmi çoxlu qida maddələri ilə təmin edir.
İçkinin təsiri nəticəsində qaraciyər zəhərli maddələrdən təmizlənəcək və səhhətiniz bərpa olunacaq. Təklif olunan vasitəni hər gün istifadə etmək məsləhət görülür.
Olduqca faydalı olan sarıkökü əsrlər boyu dərman bitkisini kimi istifadə edirlər. Yəqin ki, sarıkök ən çox öyrənilən ədviyyatdır! Minlərlə araşdırma nəticəsində sübut edilib ki, sarıkök demək olar ki, bütün sağlamlıq problemlərinin müalicəsində effektlidir.O, xərçəng şişlərinin, ağrı və iltihabi proseslərin inkişafına mane olur, bundan başqa, təmizləyici reaksiyanı stimullaşdıra bilir. Bu ədviyyat istənilən yeməklərə əlavə oluna bilər, o, əlçatan və ucuzdur, həm də yeməkləri daha dadlı edir.

Zəncəfil də olduqca faydalı bitkidir. O, xərçəng xəstəliyinin qarşısını alır, qan təzyiqini nizamlayır, həzmi yaxşılaşdırır, insulin sekresiyanı tənzimləyir, mikrobları məhv edir, ağrı və ürəkbulanmanı aradan qaldırır, həmçinin qan dövranının yaxşılaşmasına kömək edir. Xəstəliklərin müalicəsində onun tayı-bərabəri yoxdur!
İnqrediyentlər:
- yarım çay qaşığı sarıkök
- 1 dilim sürtgəcdən keçirilmiş zəncəfil
- 2 fincan süd
- Təmiz bal (zövqə görə)
Faydalı içkinin hazırlanma qaydası:
Bal istisna olmaqla, digər inqrediyentləri qazana töküb qarışdırın. Üzərində qabarcıqlar əmələ gələnə qədər orta odda qızdırın. Sonra odu azaldıb 5 dəqiqə ərzində minimum odda saxlayın. Soyumasını gözləyib sonda bal əlavə edin. Əgər darçını sevirsinizsə, onu da əlavə etmək olar.
Bu möcüzəvi içkini gün ərzində və ya yatmazdan qabaq içmək tövsiyə olunur.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Azərbaycanda meyitdən götürülən orqanların siyahısı genişləndirilir
15.08.2018
Az yatmağın yeni təhlükəsi açıqlanıb
14.08.2018
Yuxu rejiminin pozulması ciddi fəsadlar törədir
13.08.2018
“Con Batçelor Şou”: Müalicəvi əhəmiyyətə malik möcüzəli Naftalan nefti
12.08.2018
Sağlamlığınızı qorumaq istəyirsinizsə, belə yatın

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9908

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info