Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməlidir
Tarix: 22.04.2018 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Almaniya müdafiə naziri Ursula fon der Lyayen Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməsini zəruri sayır.
APA-nın məlumatına görə, Ursula fon der Lyayenin bu gün "Bild am Sonntag" nəşrində dərc olunan müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin "zəifliyi qiymətləndirmir", sanksiyalar yolu ilə rəsmi Moskvanı Minsk öhdəliklərini yerinə yetirməyə məcbur etmək lazımdır.
Almaniya müdafiə naziri Rusiya ilə münasibətləri yaxşılaşdırmağa bir neçə amilin mane olduğunu nəzərə çatdırıb. Bu sırada da Krımın işğalını, Rusiyanın Ukraynanın şərqində vəziyyəti gərginləşdirməsini, Rusiya aviasiyası tərəfindən bombalanma nəticəsində Suriyanın Hələb şəhərinin dağıdılmasını və Bəşər Əsəd rejimini müdafiə etməsini göstərib. Ursula fon der Lyayen düşmən obrazının Qərbə deyil, Kremlə lazım olduğunu vurğulayıb. Eyni zamanda Moskva ilə dialoqa hazır olmağı vacib sayıb: "Avropa İttifaqı xüsusən xarici siyasət sahəsində qərar qəbul etmə mexanizmini dəyişdirmək də zəruridir. Hazırda qərarın qəbulu üçün Avropa İttifaqına üzv 28 dövlətin hamısının razılığı tələb olunur. Ancaq dünyadakı vəziyyət bəzən sürətli reaksiya verməyi tələb edir. Buna görə də Avropa İttifaqında qərarların sadə çoxluqla qəbulu məsələsini qaldırmaq lazımdır".




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info