“Milli şura”nın antimilli olması göz önündədir”
Tarix: 05.06.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Milli şura” olmur, nə olur olsun, bunun qəti şəkildə hakimiyyət üçün heç bir narahatçılığı yoxdur”. Bu barədə “Trend”ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “milli şura”nın hakimiyyət üçün narahatçılıq yaratması ilə bağlı fikrə münasibət bildirərkən deyib. S.Novruzov qeyd edib ki, “milli şura”da toplaşanlar öz partiyalarında, cəmiyyət arasında heç bir hörməti olmayan adamlardır: "Belə olduğu halda, öz partiyalarını qoyub, hansısa dərnəkdə birləşirlər, o cümlədən də “milli şura”da. Fikir versəniz, son bir ilin içərisində bir neçə təşkilat yaradıblar, adların dəyişiblər, amma insanlar eynidirlər. Bunların hamısı mənasız şeydir. Buradakı insanlar hər təşkilatda 2-3 ay gəzə-gəzə, axırda da gəlib çıxıblar “milli şura”ya”. S.Novruzov qeyd edib ki, “milli şura”nın da ömrü çox qısa olacaq, heç o yaranmamış dağılacaq: "Artıq bununla bağlı ayrı-ayrı partiyalar tərəfindən müxtəlif bəyanatlar verilir. “Milli şura”nın antimilli olması bilavasitə göz önündədir. Sadəcə olaraq, ora toplaşanlar hansısa ölkənin təşkilatlarından 5-10 manat pul almaq istəyirlər, onun eşqinə ora toplaşıblar. Yoxsa Azərbaycan xalqının maraqlarına və s. məsələlərə heç bir aidiyyatı yoxdur".
“Milli şura”da kiçik partiyalara böyük partiyalar qədər status verilməsi ilə bağlı yaranan fikirayrılığına münasibət bildirən Novruzov qeyd edib ki, bəzi partiyalar “milli şura”nı monopoliyaya götürüblər: "Say baxımından hansı partiyadan neçə nəfər təmsil olunmalıdır. Hamısı partiyadır, bunun say məsələsinə nə aidiyyəti var? Bundan 10 nəfər olsun və ya 2 nəfər olsun. Bunun özü orada qeyri-demokratikliyi göstərir və sübut edir ki, bu bir-iki şəxsin monopoliyasında olan təşkilatdır".




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Davosda Dünya İqtisadi Forumu başlayır
21.01.2019
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında
21.01.2019
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019
Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir
21.01.2019
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info