Armen Sarkisyan ölkədəki vəziyyəti təhlükəli adlandırıb
Tarix: 23.04.2018 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Ermənistan prezidenti Armen Sarkisyan ölkədəki vəziyyətin təhlükəli həddə çatdığını bildirərək, tərəfləri təmkinli olmağa və dialoq qurmağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Armen Sarkisyanın bəyanatı prezidentin rəsmi saytında dərc edilib.
“Ölkəmizdəki proseslər təhlükəli həddə çatıb, bu çox ciddi fəsadlarla nəticələnə bilər. Təəssüf ki, ötən gün əldə olunan razılaşma və danışıqlar pozulub. Dialoq vəziyyətin sabitləşməsinə və gərginliyin azaldılmasına gətirib çıxara bilərdi”, - deyə Ermənistan prezidenti qeyd edib.
A.Sarkisyan ölkədə sabitliyin pozulmasına gətirib çıxara biləcək destruktiv davranışa yol verməməyə, dialoq axtarışını davam etdirməyə çağırıb: “Bütün vətəndaşları, diaspordakı həmvətənlərimizi vəziyyəti gərginləşdirmək cəhdlərinə yol verməməyə, təmkinlilik nümayiş etdirməyə çağırıram”, - deyə prezidentin bəyanatında deyilir.
Qeyd edək ki, bu gün İrəvanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan i Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.
Bundan əvvəl S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.
Xatırladaq ki, S. Sərkisyanın baş nazir seçilməsinə ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info