Maksim Şevçenko: “Ermənistanda yaşananlar Qərbin dirijorluğu ilə baş verir“
Tarix: 23.04.2018 | Saat: 03:47:00 | E-mail | Çapa göndər



Rusiyalı jurnalist Maksim Şevçenko Rusiyanın “Den TV” kanalına Ermənistanın Baş naziri Serj Sarkisyana qarşı kütləvi etiraz aksiyaları ilə bağlı vəziyyəti şərh edib. Onun sözlərinə görə, burada ilk amil kimi, Ermənistandakı yoxsulluq və bu yoxsul kütləyə qarşı zəngin insanların dəhşətli özbaşınalığı ön plana çəkilməlidir. Bu gün kasıb erməni xalqı ilə sahibkarlar arasındakı sosial fərq dözülməz həddədir.
(«ArmenianReport»).
Şevçenkoya görə, millətçilik, müharibənin müxtəliaf variantda aparılması əslində faşizm kimi dəyərləndirilməlidir. Və faşizm həmişə mütləq sosial ədalətsizlik şəraitində gücünü saxlamağa çalışır. Bu gün Ermənistandakı etirazın ilk amilllərindən biri məhz budur. Amma başa düşülməlidir ki, insanlar təkcə yoxsul yaşayış səbəbindən üsyan etmirlər. Bəlkə də bunu kasıb erməni xalqının etirazının birinci amili kimi dəyərləndirmək olar: dözülməz, sitəmli yaşayış və buna qarşı etiraz. Əslində bunu üsyanın son variant kimi də dəyərləndirmək olar.
Rusiyalı jurnalist Ermənistandakı üsyanda bu ölkənin Rusiya üçün oynadıgı hərbi körpü, ölkə ərazisindəki hərbi bazanın varlığını ikinci amil kimi görür. Ermənistanda Rusiyanın hərbi bazası olsa da belə, bu ölkə İranla münasibət qurmaqda israrlıdır. Rusiyalı jurnalist əminliklə Ermənistandakı mövcud rejimin devirilməsini Qərbin, xüsusilə də Böyük Britaniyanın ümdə vəzifəsi oldugunu bildirir. Maraqlıdır ki, Şevçenko bu iddiasina əminliyini də istisna etmir.
O, bu gün Ermənistanda yaşananların Qərbin dirijorluğu ilə Amerika və Avropa erməni diasporu tərəfindən təşkil olunduğunu bildirir.
Rusiyalı jurnalist, "Rusiya siyasətinin aləti" hesab olunan bugünkü Ermənistanı bütün Ermənistan kimi dədyərləndirmiır. Çünki, xaricdki diaspor tərəfindən idarə edilən Ermənistan o qədər də Rusiyanın xeyrinə işləmir: “Vaxtilə, Sovetlər Respublikasının nəzdində olan Ermənistan erməni dünyasının kiçik bir hissəsidir, Halbuki, ABŞ-da Kaliforniyaya, ya da Fransa və ya Böyük Britaniyaya güvənən ermənilər təbii olaraq yaşadığı və inkişaf etdiyi dövlətlərin maraqlarını təqib edən çox ciddi təsirli bir qüvvədir. Bunlar böyük gücə sahib ölkənin nümayəndəsidirlər” Təbii ki, rusiyalı jurnalist etirafında haqlıdır.
Maksim Şevçenkonun belə bir fikri də var: “Müasir Ermənistan xristian əhalisini yerləşdirmək üçün Rus İmperiyası tərəfindən ixtira edilmiş bir ərazidir. Halbukı rus inqilabına qədər bu ərazinin sakinləri müsəlmanlar olublar” . Bu da rusiyalı jurnalistin həqiqətə söykənən etirafıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info