“Azərbaycan Xalq Cümhuriyyətini yalnız Rəsulzadənin adı ilə bağlamaq düzgün deyil”
Tarix: 05.06.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xalq Cümhuriyyətini bir nəfərin adı ilə bağlamağı müxalifətçi dostlarımızın çox böyük qüsuru hesab edirəm”. Bu açıqlamanı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Partiya sədri bildirib ki, cümhuriyyətdən danışarkən, yalnız Məhəmməd Əmin Rəsulzadəni düşünürüksə, bu, yanlış yanaşmadır: “Çünki cümhuriyyətçiliyin əsas simvolu institutlardır, adamlar deyil. Bu, şahlıq rejimi deyil ki”. S. Cəlaloğlu deyib ki, respublikanın ilk elementi parlamentarizm olduğuna görə, dünyanın istənilən ölkəsində cümhuriyyətçiliklə bağlı tədbirlər ilk parlamentin binasında və ya bununla bağlı qoyulan ümumi abidə qarşısında keçirilir: “Biz də bu dövlətçilik ənənələrini inkişaf etdirməliyik. Əgər söhbət cümhuriyyətin xatırlanmasından gedirsə, bunun üçün yeganə yer Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyət göstərdiyi binadır. Bu parlament ki, orada Azərbaycan dövlətinin taleyi həll olunub”. ADP sədri bildirib ki, AXC-nin 2 illik fəaliyyəti zamanı dövləti qurmaq və qoruyub saxlamaq üçün minlərlə insan həyatını qurban verib: “Bu soydaşlarımızın hamısı birlikdə yad edilməlidir. Əlbəttə, hazırda AXC qurucularının şərəfinə qoyulan abidə adına layiq olmasa da, cümhuriyyət orada - ilk parlamentin binası qarşısında yad edilməlidir”.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Ülviyyə Cabbarova Finlandiya səfiri ilə görüşüb
23.06.2019
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23.06.2019
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
22.06.2019
Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır
21.06.2019
Qondarma mühacirlərin aqressiyası azalmır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info