Formula 1 yarışı ilə əlaqədar Bakının bir sıra yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Tarix: 23.04.2018 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


Formula 1 Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə Bakının bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər davam edəcək. Yarışın keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.
Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülər alternativ variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük verməlidir.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info