Çikaqoda Azərbaycanın İpək Yolunda mərkəzi rolu vurğulanıb
Tarix: 23.04.2018 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Aprelin 20-də ABŞ-ın əsas siyasi və biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində 2018-ci il üzrə İpək Yolu həftəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, son illərdə artıq ənənə halını almış bu konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçinin biznes sektorunun təmsilçiləri dəvət olunub və onlar tərəfindən Çindən Avropaya doğru uzanan bu yolun bərpası məqsədilə görüşlər, tədbirlər barədə təqdimatlar verilib. Azərbaycanla yanaşı, tədbirdə Çin, Pakistan, İndoneziya, Özbəkistan, Qazaxıstan və Türkiyəni təmsil edən nümayəndələr iştirak edib. Tədbirə həmçinin bir sıra dövlətlərin Çikaqoda yerləşən konsulluq təmsilçiləri, eləcə də ABŞ-ın Mərkəz-Qərb regionun digər şəhərlərində fəaliyyət göstərən və regionda biznes əlaqələrinin inkişafı ilə maraqlanan şirkət nümayəndələri qatılıb.
Əvvəlki illərdə keçirilmiş tədbirlərdə olduğu kimi bu ilki konfransda da ölkəmiz Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən təmsil edilib. Səfirliyin əməkdaşı Azad Aslanov tədbirdə çıxış edərək iştirakçıları ölkəmizin bu yolun bərpasına verdiyi töhfələri, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat layihələri, həmçinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı üzrə həyata keçirilən ardıcıl tədbirlər və biznes əlaqələrinin inkişafı üzrə mövcud imkanlar bərədə məlumatlandırılıb. Xüsusən ötən ilin sonunda Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin açılışı, Cənub Qaz Dəhlizinin tikintisi üzrə əldə olunan inkişaflar barədə danışılmış və bu kimi layihələrin iqtisadi faydaları ilə yanaşı, regionlar arası təmasların və mədəniyyət ənənələrinin gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunmuşdur. Eyni zamanda, regionda olan münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sabitliyə, inkişafa və rifaha yaratdığı təhdidlər göstərilib.
Tədbirdə çıxış edən bəzi çıxışçılar tərəfindən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, bir sıra şirkətlərin nümayəndələri ölkəmizdə biznes imkanları və turistik səfərlər ilə maraqlanıb.
Tədbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın dəstəkləyici təşkilatları qismində ABŞ-Azərbaycan Ticarət Palatası, “SME Group” şirkəti, “Tianjin İqtisadi Texnoloji İnkişaf Sahəsi”, Türkiyənin Hacıtəpə Universitetinin Biznes Kolleci, “ABŞ-Qazaxıstan Biznes Assosiasiyası” və digərləri çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“2019-cu ilin “Nəsimi ili“ elan edilməsi mədəniyyətə olan böyük diqqətin təzahürüdür”
17.01.2019
Təhsil nazirinin Neftçala şəhərində vətəndaşları qəbul etmək vaxtı dəyişdirilib
17.01.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub
17.01.2019
Təbii fəlakətlərdən hər il Azərbaycana 250-300 milyon dollar zərər dəyir
17.01.2019
Qərargah: Bakıda və Abşeron yarımadasında havanın temperaturu 6,3 dərəcəyə enib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info