Tovuzlu oyma ustası el sənətini gənclərə öyrədir
Tarix: 23.04.2018 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Tovuzun Alakol kənd sakini Alı Əsgərov ömrünün 40 ilini oyma sənətinə həsr edib. Uzun illər rayonun Alakol kəndində müəllim işləyən Alı Əsgərov oyma sənətinin sirlərini oğlu ilə yanaşı, digər gənclərə də öyrədib. İndiyədək ağac və dəmir üzərində çoxlu əsər yaradan usta Alı milli bədii elementləri özündə əks etdirən əl işləri ilə tanınır.
Usta AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu sənətin sirlərini öyrənməyə daha çox gənci cəlb etmək məqsədilə kənddə emalatxana şəraitində kurslar təşkil etdiyini deyib. Bununla da o, kəndin istedadlı yeniyetmələrinin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün şərait yaradıb.
Artıq ağac üzərində Tovuzun loqotipini hazırlayan usta yaxın vaxtlarda rayonda əl işlərinin sərgisini təşkil etməyi planlaşdırır. Əl işlərində milli ornamentlərə üstünlük verən Alı Əsgərov buta, ismi, xətai, bənd rumi və bulud naxışlarından istifadə edir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Alı usta şagirdlərinə rəssamlıq sənətinin sirlərini də öyrədir.
Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Alı Əsgərov dekorativ tətbiqi sənət festivallarında da iştirak edib və əl işlərinə görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib
17.06.2019
Sabah Bakıda 33, bəzi bölgələrdə 38 dərəcə isti olacaq
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info