Tanışlıq üçün mobil proqramların təhlükəsi açıqlanıb
Tarix: 23.04.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Tanışlıq üçün əksər mobil əlavələr internetdə istifadəçi məlumatlarını yayır. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, ekspertlər bir sıra oxşar servisləri analiz edərək belə qənaətə gəliblər ki, əlavələr məlumatları analitik modullar vasitəsilə toplayır və onları proqram tərtibatçıları ilə əlaqəsi olmayan kənar servislərə göndərirlər.
Hesabata görə, adətən informasiyanın yayılmasına istifadəçilərin xüsusiyyətlərini toplayaraq onları etibarlı mühafizə ilə təmin etməyən reklam “SDK” paketləri səbəb olur.
İstifadəçi məlumatları “HTTP” protokolu ilə şifrlənməmiş şəkildə göndərilir. Bu səbəbdən onlar ya ələ keçirilə, ya da dəyişdirilə bilər. Mühafizə olunmayan “Wi-Fi” şəbəkəsində informasiyanı, demək olar, hər gün əldə etmək mümkündür.
Şirkət mütəxəssislərinin sözlərinə görə, ev marşrutlayıcılarının da yoluxdurulması mümkündür.
Cinayətkarlar, həmçinin əlavələrdə istinadları dəyişdirir və zərərli proqramlar quraşdırırlar.
Mühafizə olunmayan bağlantıdan istifadəyə görə çoxlu fərdi informasiya (istifadəçinin doğum tarixi, adı, onun GPS koordinatları, əlavə ilə əlaqədar qurğu və profil haqqında məlumatlar, bəzi hallarda login və parollar) kənar serverə göndərilir.
İT mütəxəssisləri tərəfindən əlavə genişləndirmələrin yoxlanılması və “HTTP” protokolundan istifadə edilməməsi, eləcə də tanışlıq üçün servislərə lazımsız proqram genişləndirmələrinə, məsələn, geolokasiyaya çıxışa icazə verilməməsi tövsiyə edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Portuqaliyada 400 il bundan əvvəl batmış gəmi aşkar edilib
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10303

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info