«Epress»: “Ermənistanın olub-qalan tarixi sənət nümunələrini də xarici turistlər alıb aparırlar”
Tarix: 23.04.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


“İstedadlı gənclər Ermənistanı tərk edirlər”

«16000 dram (33,3 dollar) baza pensiyası hesablanırsa, özünə inamdan necə danışmaq olar? Aşağı sinif əvvəlkinə qane olmur, yuxarı sinif isə pensyanı qaldırmaq itidarında deyil. Belə olan halda, neçə müddətdir İrəvanda, ümumiyyətlə Ermənistanda yaşananları “məxməri, qırmızı və ya narıncı”, daha bilmirəm hansı inqilabi bir vəziyyət adlandırırsınız, adlandırın. Artıq xalq yorulub. Təhqir və haqsızlıq, əsas ehtiyaclarını düzəməlli qarşılaya bilməyən, daha çox özbaşına və ədalətsizliyə dözə bilməyərək, alınmayan tək şeyin- şərəf hissinin qorunması üçün xalq küçələrə çıxıb».

Ermənistanda baş verən etiraz aksiyalar və itaətsizlik hərəkətləri hətta siyastlə məşğul olmayan cəmiyyət üzvlərini belə, laqyed qoymayıb. Ermənilərin «Epress» saytında yer alan bu yazını İrəvan universitetlərindən birində müəllim kimi çalışan şəxsin acı etirafı kimi də dəyərləndirmək olar: “Bu gün məni daha çox, 1916-cı ilin qorxulu Aprel döyüşlərinin iştirakçısı olan qardaşımın müdafiə etdiyi ölkədə lazımsız bir adama çevrilməsi ağrıdır. Daha ağrılısı isə bir çox oğlanların qayıtmamasıdır. Bu gün Ermənistanda istedadlı gənclərin ölkəni tərk etmələri təkcə məni deyil bir çoxlarını ağrıdır. Çünki ölkədəki naşı rəhbərlər Ermənistanın gələcək rifahının yaxşılaşdırılmasına ehtiyac duymurlar. Çünki bu onlara sərf eləmir. Onlara görə, istedadlı, ağıllı, təhsilli gəcləri ölkədən uzaqlaşdırmaq lazımdır. Çünki onların fonunda yoxsulluq daha aydın görünür. Əks- təqdirdə, onlara nəzarət edilə bilməz ..
Bu gün Ermənistanın olub-qalan tarixi sənət nümunələrini də xarici turistlər alıb aparırlır. Artıq Ermənistana gələn azsaylı xarici turistlər də ermənilər üçün xarakterik olan aşağılayıcı «pul yoxdur» sözünə vərdiş ediblər.
Maraqlıdır,görəsən, insan öz bətnində baş qaldıran ləyaqət hissini necə susdurmalıdır? Siz təsəvvür edin, ölkədə 65 yaşa görə 16 000 dram (33,3 dollar) pensiya müəyyənləşdirilib. Axı bu yaşlı nəslə hörmətsizlikdir. Axı xalqı yalan vədlərlə nə qədər aldatmaq olar. Cəhənnəm olsun insanları öz torpaqlarını tərk etməyə məcbur edən bu hökumət. Səbirli olmağın da müəyyən sərhədi var. Siz xalqın sızıltısını eşidirsiniz, onu müşahidə də edirsiniz, lakin bununla belə, bu insanların lənətlənmiş həyatlarına nə qədər dözəcəklərinə seyrçilik edirsiniz. Bu gün mənə ölkədə baş verənlərin fövqündə sizə xidmət edən polislərin vəziyyəti maraqlı gəlir. Məni bir çox kasıb polislərin öz xidmətlərini başa vurub, evlərinə qayıtdıqları zaman onların hansı hislər keçirdikləri düşündürür. Görən onlar qonşuların, öz arvad-uşağının gözünün içinə necə baxır? Və əgər sabah mitinqçilər arasında tanışı ilə qarşılaşsa, onu vurmaq məcburiyyətində qalsa necə olacaq? Axı İrəvan balaca şəhərdir. Maraqlıdır, başındakı dəbilqə, əlindəki qalxan ona üzünü yayındırmağa yardımçı olacaqmı?
Bu gün Ermənistanda olan yaşlılar inanılmaz vəziyyətdə qalıblar. Şəxsən mən heç bir halda Paşinyana inanmıram. Ümid edirəm ki, həmyaşıdlarım arasında mənimlə həmfikir olanlar da var. Bir də, Paşinyanın yanında mədəniyyət xadimlərindən və ya siyasətçilərdən olan müxalifətçilərin olmaması təəssüf doğururdu. Məhz bütün bunlara görə onların fəaliyyəti mənə bayağı görünürdü. Lakin bütün bunlara baxmayaraq, mən mitinqə qatılan ölkə gənclərinə inanıram».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info