Pyer Alen Rafan: “Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçib”
Tarix: 23.04.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Aprelin 11-də Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçib. Bu fikri Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bildirib.
Pyer Alen Rafan qeyd edib ki, Milli Assambleyadan beynəlxalq əlaqələrlə məşğul olan iki nəfər Azərbaycanda prezident seçkilərini müşahidə edib. Seçkilər şəffaf keçib. “Mən öz adımdan və parlamentlərarası dostluq qrupunun bütün üzvlərinin imzası ilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərmişəm. May ayında Bakıya səfər etməyi planlaşdırmışıq. Bundan başqa, Milli Assambleyada Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş kollokviumun təşkili ilə bağlı hazırlıqlar aparırıq. Kollokviumda Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərləri, bir çox Qərb ölkələrindən, eləcə də Fransadan da əvvəl qadınlara səsvermə hüququ verilməsi məsələləri diqqətə çatdırılacaq”, - deyə o bildirib.
Parlamentlərarası münasibətlərin perspektivlərindən danışan Pyer Alen Rafan deyib ki, dostluq qruplarının illik görüşlərinə hazırlıq işləri aparılır. Əvvəlcə Fransa parlamentariləri Bakıya gedəcək və sonra onlar Parisdə azərbaycanlı həmkarlarını qəbul edəcəklər. Görüşlərdə əlaqələrin hazırkı vəziyyəti və gələcək planlar müzakirə olunacaq.
Parlamentlərarası dostluq qrupunun rəhbəri qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fransada mədəniyyət sahəsində çoxsaylı mühüm layihələr həyata keçirilib. Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində çox işlər görülüb. Biz bu işlərin davam etdirilməsini, eləcə də mədəniyyət, gənclər və idman sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tuturuq.
Fransız parlamentari vurğulayıb ki, ölkələrimizi birləşdirən bir çox amillər var: Birinci respublika, general De Qol, Bakıda fəaliyyət göstərən və Strasburq Universiteti ilə sıx əlaqələri olan Azərbaycan-Fransız Universiteti, Bakı Fransız Liseyi və s. Bütün bunlar bizi frankofoniya sahəsində də əməkdaşlığı genişləndirməyə ruhlandırır. Fransa, eləcə də Azərbaycan frankofoniyaya böyük əhəmiyyət verir. Azərbaycanda fransız dilinə böyük maraq var. Bu sahələrdə əməkdaşlığı genişləndirmək prioritetimizdir.
Pyer Alen Rafan bildirib ki, Azərbaycanın Fransanın bütün əyalətlərində tanıdılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Xüsusilə də Fransada bəzi KİV-lərin Azərbaycanla bağlı yaydığı qeyri-obyektiv məlumatların yanlış olduğunu göstərmək üçün görüləsi işlər var.
Bəzi fransız kommunaların erməni separatçıları ilə xartiya imzalamasına, eləcə də separatçı nümayəndələrin Fransaya səfərlərinə münasibət bildirən dostluq qrupunun rəhbəri deyib ki, bunların heç biri rəsmi deyil. Rəsmi olmadığı üçün də belə qruplar xartiya sözündən istifadə edərək söz oyunu oynayırlar. Bu, Fransada Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə mane olmaq və vəziyyəti daha da çətinləşdirmək istəyən bəzi şəxslərin işidir. Fransanın Azərbaycanla bağlı mövqeyi məlumdur. Dağlıq Qarabağ münaqişəsi uzun zamanın münaqişəsidir və çox mürəkkəbdir. Bu haqda Azərbaycanın Fransadakı səfiri ilə, eləcə də Bakıya səfərimiz çərçivəsində görüşlərimiz zamanı danışıqlar olub. Hamı münaqişənin diplomatik yolla həllini istəyir. Fransa münaqişənin həlli həvalə edilmiş Minsk qrupunun üç həmsədrindən biridir. Fransanın mövqeyi həmişə aydın olub: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək və BMT qətnamələrinə riayət etmək. BMT-nin qəbul etdiyi 4 qətnamə Azərbaycanın xeyrinədir. Parlamentlərarası dostluq qrupunun üzvləri kimi prefekturalarla əlaqə saxlamışıq. Prefekturalar merləri toplayaraq belə qeyri-rəsmi imzaları qadağan etməlidir və bu cür hallara son qoyulmalıdır. Düzdür, bu, elə də asan iş deyil, çünki Fransada 36 min komuna var, ancaq biz buna nail olacağıq.
Pyer Alen Rafan bildirib ki, bəzən hətta Milli Assambleyada da yanlış fikirlər səsləndirilir. Hər bir şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə Milli Assambleyaya daxil ola bilər. Bəziləri də belə daxil olur və sonra çıxaraq çəkdikləri şəkilləri paylaşır və yanlış fikirlər yayırlar. Bu, düzgün hərəkət deyil. Bunlar fərdi şəxslərdir və vəziyyəti qızışdırmaqla məşğuldurlar. Dostluq qrupunun rəhbəri kimi mən Milli Assambleyanın prezidenti, eləcə də xarici işlər naziri ilə görüşəcəyəm. Dağlıq Qarabağ münaqişəsi ciddi münaqişədir. Biz bu münaqişənin diplomatik yolla həllinə töhfə verməli və BMT-nin qətnamələrinə riayət etməliyik. Ancaq biz mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığımızı daha da genişləndirəcək və Azərbaycanın imicinə xələl gətirmək istəyən şəxslərin fəaliyyətlərinə mane olacağıq.
 




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
“Star“ NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir
21.10.2018
Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır
20.10.2018
Azərbaycan “Star“ nefr emalı zavodu kimi layihələrlə iqtisadi gücünü daha da artırır
20.10.2018
Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir
20.10.2018
“Star” zavodu Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük fayda verəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info