Gənclər aprel döyüşlərində iştirak edən qazi ilə görüşüb
Tarix: 23.04.2018 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2018-ci il üçün planlaşdırılmış fəaliyyət
istiqamətlərindən biri olan “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi ” çərçivəsində “Mini MBA-Hər
kəs üçün” proqramını həyata keçirdi. 2 fevral Gənclər Günündə icrasına başlanan layihə artıq
yekunlaşıb və iştirakçılarının təltifetməsi keçirildi. Birliyin sədri Nigar Ələsgərovanın verdiyi
məlumata görə təltifetmə Qəbələdə , aprel qazisi Arzu Allahverdiyevin evində keçirilib.
“Qazimiz Arzu Allahverdiyevin evində, ailəsi, valideynləri ilə tanış olduq. Bu tədbiri qazimizlə
keçirməkdə məqsədimiz gənclərimizi onun kimi cəsarətli gənclə tanış etmək, vətən uğrunda
fədakarlıq nümunəsini təbliğ etmək və ona minnətdarlığımızı kiçik bir addımla ifadə etməyə çalışmaq
idi. Bu gün gənclərimiz rahat təhsil alır, bu kimi proqramlarda iştirak edərək inkişaf edirlər. Arzu bəyin
simasında qəhrəman gənclər isə döyüş bölgəsində canlarını fəda etməyə hazır şəkildə vətənin
keşiyində dayanırlar. Biz bu rahatlığı onlara borcluyuq. Vətən fədakar gənclərin, vətənini layiqincə
sevən insanların çiyinlərində Vətəndir” deyə birliyin sədri səfərin mahiyyətini izah edib.
Layihənin rəhbəri və dərslərin əsas moderatoru Hamlet Məmmədov (İnformasiya
Texnologiyalarının idarə edilməsi üzrə ekspert, ADA Universiteti və Maastricht School of
Management MBA məzunu) isə bu kimi proqramların gənclər arasında sahibkarlığın təşviq
olunması, biznesin idarə edilməsi bacarıqlarının artırılmasında çox vacib olduğunu vurğulayıb. Ölkə
iqtisadiyyatında sahibkarlığın inkişaf etməsi, gənclərin iştirakı ilə kiçik biznes müəssisələrinin təsis
olunmasının olduqca vacib proses olduğunu bildirib. Həmçinin bu sahəyə dəstək ola biləcək hər bir
iş adamı, mütəxəssis əlindən gələni əsirgəməməli, fayda verməyə çalışmalı olduğunu da xüsusi
qeyd edib.
Məlumat üçün bildirək ki, proqram təmamilə ödənişsiz həyata keçirildi və ümumilikdə 20 nəfər
gənc məzun oldu. Peşəkar mütəxəssislər İmran Bağırov (Biznesin idarə edilməsi, sahibkarlıq
fəaliyyəti üzrə ekspert, mobil şirkətlərdən birinin Starategiya və İnnovasiya Departamentinin rəhbəri),
Anar İbrahimov (Marketing araşdırmaları üzrə ekspert, Marketing Mərkəzinin əməliyyat direktoru) ,
Jəlal Rayi (Maliyyə və Risklərin idarə edilməsi üzrə analitik, ölkədə fəaliyyət göstərən banklardan
birinin Risklərin İdarə Edilməsi üzrə mütəxəssisi), Alim Şəntürk (ölkədə fəaliyyət göstərən inşaat
Holdinqlərindən birinin CEO-su) tərifindən keçirilən təlim/kurslarda iştirak edən gənclər biznesin
idarə olunması istiqamətində vacib biliklərə sahibləndilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info