Gəncə Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yeni bina ilə təmin olunub
Tarix: 23.04.2018 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yeni bina ilə təmin edilib. Bundan sonra Şahmat məktəbi Gəncə şəhər Park-Bulvar Kompleksində, vaxtilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyi üçün ayrılmış binada fəaliyyət göstərəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbindən məlumat verilib.
Bildirilib ki, hazırda məktəbdə qeydiyyatda olan 1058 nəfər şagirdə 58 müəllim tərəfindən şahmatın sirləri öyrədilir. Həmin şagirdlərdən 268 nəfərinə məktəbin özündə, digərlərinə isə şəhərin təhsil müəssisələrində 41 məşqçi-müəllim tərəfindən intellektual zəka oyununun üstünlükləri mənimsədilir.
Yeni binada şagirdlər üçün 7 şahmat sinfi otağı və 1 zal yaradılıb. Məktəbin zalında 200-250 şagird eyni vaxtda müxtəlif turnir və yarışlarda mübarizə apara biləcək.
Qeyd edilib ki, məktəb 1980-ci ildən bəri çoxlu sayda beynəlxalq qrossmeyster, beynəlxalq usta, Avropa və dünya birinciliklərinin mükafatçılarını yetişdirib. Beynəlxalq qrossmeysterlər Vüqar Rəsulov, Ülviyə Fətəliyeva və beynəlxalq ustalar – Ayaz Məmmədov, Nicat Ağayev, Səbinə İbrahimova isə Gəncə Şahmat Məktəbinin son 7 ildəki yetirmələridir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info