Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!
Tarix: 24.04.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər



Erməni xalqı 20 ildən artıq müddətdə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıdan klandan canını qurtarmış oldu


Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. "News.am" saytının verdiyi xəbərə görə, bəyanatda deyilir: “Əziz həmvətənlər. Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edirəm. Gecə-gündüz “Serjdən imtina et!” çağırışı ilə küçələrdə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara müraciət edirəm. Günlərlə canlı efiri izləyənlərə, ictimai təhlükəsizliyi təmin edənlərə müraciət edirəm. Sərhəddəki mərd döyüşçülərə və zabitlərə, öz silah yoldaşlarıma, partiyadaşlarıma, bütün siyasi qüvvələrə və xadimlərə müraciət edirəm. Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm. Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”. Sarkisyanın istefası Ermənistanda bir dövrün qapanması deməkdir. Azərbaycan torpaqlarını işğalı dalğası ilə hakimiyyətə gələn Qarabağ klanı süquta uğradı. Bu klan illərdir ki, erməni xalqına qan uddurur. Torpaqlarımızın işğalında şəxsən iştirak etmiş Sarkisyan xuntası hakimiyyətdən qovulmuş oldu. Hərbi xunta illərdir ki, erməni xalqı məhz Qarabağ kartı ilə istismar edirdi. Ermənistanda aksiyalarla bağlı yazı hazırlayan Almaniyanın “Deutsche Welle” nəşri yazırdı ki, bu gün Ermənistan vətəndaşlarının 70 faizindən çox yaşayış şəraitindən, aldığı az təqaüd və maaşdan, yoxsulluqdan, işsizlikdən ciddi şəkildə narazıdır. Bəli, Sarkisyanın başçılıq etdiyi hərbi xunta vətəndaşların kütləvi şəkildə yoxsullaşması üzərində özlərinə biznes imperiyası qurmuşdu. Amma son aksiyalardan sonra erməni xalqı ölkəni öz biznesinə çevirən mafioz Qarabağ kalandan canını qurtardı. Sarkisyan və Qarabağ klanı Azərbaycan torpaqlarını işğalda saxlamaqla, hər cür konstruktiv danışıqlardan yan qaçıb. Onların bunda əsas məqsədi hakimiyyətlərinin ömrünü uzatmaq olub. Ona görə də əhalini daim müharibə xofu altında saxlayaraq, onları istismar ediblər. Erməni xalqı 20 ildən artıq müddətdə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıdan klandan canını qurtarmış oldu. Sarkisyan Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş, Xocalı soyqırımının əsas səbəbkarlarından biridir. Erməni xalqının kütləvi etirazları nəticəsində Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu və xalq cinayətkar xuntaya “yox” dedi. Artıq hərbi xuntadan yaxasını qurtaran erməni xalqı bundan sonra öz hakimiyyətiin formalaşdırmaq imkanı qazanıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Ərdoğan Kembricdə tikilən məscidin açılış mərasiminə qatıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info