“Azərbaycan ABŞ kimi etibarlı tərəfdaşa malikdir”
Tarix: 05.06.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Devid Kemeron: “Azərbaycanın enerji resursları yaxın illərdə
beynəlxalq iqtisadiyyat üçün həyati əhəmiyyətli rol oynayacaq”


“Böyük investisiyalar Azərbaycan resurslarına bir neçə il sonra beynəlxalq bazarlara çıxmağa və enerji təchizatını sabitləşdirməyə kömək edəcək ki, bu da Azərbaycana energetika sahəsində müstəqilliyini və iqtisadi inkişafını möhkəmləndirməyə kömək edəcək”.
Bu barədə ABŞ Prezidenti Barak Obamanın Bakıda keçirilən 20-ci "Xəzər Neft-Qaz" sərgisinin açılışı ilə bağlı göndərdiyi təbrik məktubunda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub. Obama təbrik məktubunda bildirib: "Mən Cənab Prezident Sizə və Azərbaycan Respublikası xalqına ən xoş arzularımı çatdırıram". ABŞ Prezidentinin sözlərinə görə, Azərbaycanla onun beynəlxalq tərəfdaşları arasında güclü əlaqələri böyük enerji layihələrinə gətirib çıxarıb, həmçinin Azərbaycanı dünya bazarlarına əhəmiyyətli neft tədarükçüsünə və region üçün vacib qaz mənbəyinə çevirib: "Növbəti illər ərzində "Şahdəniz" layihəsinin ikinci mərhələsinin işlənilməsi və reallaşdırılması planlaşdırılan Trans Anadolu Qaz Boru Kəmərinin Azərbaycanın Avropanın böyük qaz təchizatçısı olmasını yaxınlaşdıracaq".
ABŞ Prezidentinin göndərdiyi məktubda bildirilir: "Azərbaycanın neft sərvətləri şaxələndirilən iqtisadiyyatın inkişafını dəstəkləməyə, qanunun aliliyini möhkəmləndirməyə, Azərbaycan xalqının həyat səviyyəsini yüksəltməyə kömək edəcək. Xahiş edirəm bilin ki, Azərbaycan ABŞ kimi etibarlı tərəfdaşa malikdir. Və mən gözləyirəm ki, bizim əməkdaşlığımız uzun illər davam edəcək". Böyük Britaniyanın Baş naziri Devid Kemeronun təbrik məktubunda deyilir ki, Azərbaycanın enerji resursları, şübhəsiz ki, yaxın illərdə Avropa və beynəlxalq iqtisadiyyat üçün həyati əhəmiyyətli rol oynayacaq: "Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Bakıda 20-ci "Xəzər Neft-Qaz 2013" sərgisinin keçirilməsi münasibəti ilə təbrik edirəm. Mən ölkələrimiz arasında kommersiya əlaqələri ilə qurulan ikitərəfli möhkəm münasibətlərin davamını alqışlayıram." Kemeronun sözlərinə görə, 2013-cu il "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi, həmçinin Avropaya boru kəmərinin son marşrutu haqqında bir sıra vacib qərarların qəbul ediləcəyi çox əhəmiyyətli il olacaq: "Lakin hazırda Mərkəzi Asiya qazının "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya çatdırılması üzrə ambisiyaları həyata keçirmək üçün tam ölçüdə işləmək lazımdır. Və mən əminəm ki, bu ambisiyalar reallığa çevriləcəklər".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info