Bəzi azərbaycanlı mühacirlər erməniləri müdafiə edirlər
Tarix: 24.04.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər



Dünya və erməni KİV-lərinin əksinə olaraq, mühacirlər iddia edirlər ki, Ermənistanda miqrasiya yoxdur


Son bir neçə ayda xaricdə yaşayan bir qrup azərbaycanlı mühacir və eləcə də müxalifətin radikal qolu söyüş və təhqiri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda siyasi mübarizə formasına çeviriblər. Xaricdə oturub ölkədəkiləri təhqir etmək necə yanlışdırsa, daxildə də müxalifət tərəfindən bu təhqirlərə, söyüşlərə dəstək vermək daha böyük yanlışdır. Bunu edənlər xalqa, dövlətə, dövlətçiliyə böyük zərbə vurduqlarının hələ də fərqində deyillər.
Onsuz da bu adamların mübarizə üsulları insanlarımızın nəinki diqqətini çəkmir, hətta xalqda qıcıq yaradır. Amma xalqın hiddətinə səbəb olacaq digər maraqlı məqamlar da üzə çıxır. Yəni onların fəaliyyəti ilə bağlı məsələlərin digər maraqlı və təəssüf doğuran tərəfi odur ki, söyüş və təhqiri fəaliyyətlərində adi hala çevirən bu qrup mühacir
sosial şəbəkələrdə ermənilərə dəstəklərini də əsirgəmirlər, hətta son günlərdə erməniləri daha çox öyməyə başlayıblar, onlar öz xalqını-azərbaycanlıları aşağılayaraq ermənilərdən geri qalmaqda ittiham edirlər. Nədir bu geriqalma? Onların düşüncəsinə görə, əgər xalq Ermənistandakı kimi xaotik durum yaratmırsa, deməli, ermənilər bizdən xeyli irəlidədirlər...
Əslində isə bu, çürük fəlsəfədir və siyasi məsələlərə elə küçələrdə apardıqları söyüş, təhqir kimi mübarizə prizmasından yanaşmaqdır. Əvvəla, Ermənistanda illərdir mövcud olmuş ağır iqtisadi durum və yürüdülən işğalçı siyasətin yaratdığı iqtisadi blokada bugünkü ağır, xaotik vəziyyətin yaranmasına gətirib çıxarıb. Sadə ermənilər nəinki Ermənistanı uçuruma aparan Serj Sarkisyanın rəhbərliyindən beziblər, eyni zamanda işğalçılıq siyasətinin yaratdığı ağır iqtisadi vəziyyətin onların birbaşa həyatlarına təsir etdiyini də anlamağa başlayıblar, belə yaşamaqdan, sözün həqiqi mənasında, cana yığılıblar. Belə olmasaydı, uşaqdan-böyüyə hər kəs meydana çıxmazdı.
Azərbaycanda isə Ermənistandan fərqli olaraq ölkə iqtisadiyyatı xeyli inkişaf edir, yürüdülən düzgün iqtisadi siyasət nəticəsində insanların sosial rifahı günbəgün daha da yaxşılaşdırılır. Azərbaycan, sözün həqiqi mənasında, regionun iqtisadi cəhətdən döyünən ürəyinə çevrilir desək, yanılmarıq. Buna adi misal da göstərə bilərik. Belə ki, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün görülən işlərin nəticəsidir ki, region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür.
Bu adamlar, hətta özlərinin erməni sevdalarını göstərmək üçün Azərbaycan mətbuatında və telekanallarında yer alan və Ermənistandakı real iqtisadi durumu əks etdirən yazılara da lağ edirlər. Təsəvvür edin ki, erməni mətbuatına istinadən yazılan yazıların yalan olduğunu deyən bu qrup, əslində, Ermənistanda iqtisadi inkişafın olduğunu iddia edir və ermənilərin ölkədən qaçmadığını deyirlər. Ermənistanda isə iqtisadçılar, ziyalılar, siyasət adamları, hətta yeri gələndə məmurlar da bu acı həqiqətləri etiraf edirlər. Sual yaranır, ermənilərin etiraf etdiyi reallığı belə, inkar edən bu qüvvələrin maraqları nədir? Niyə Azərbaycan telekanallarında Ermənistandakı durumla bağlı gedən və real durumu əks etdirən xəbərlərə, verilişlərə tənə ilə yanaşırlar?
Məsələn, bu üzdəniraqların nəzarətində olan “Demokratiyaya doğru” adlı “Facebook” səhifəsinin Ermənistandakı proseslərlə bağlı paylaşımlarına baxanda aşkar görünür ki, onlar ermənilərlə azərbaycanlılar arasında müqayisələr apararaq, bizim ziyalıları, ümumilikdə xalqımızı aşağılayırlar. Səhifə, hətta “Kadans” musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayanın “Ermənistanın əməkdar mədəniyyət xadimi” fəxri adı, aktyor Mkrtiç Arzumanyanın “Ermənistanın xalq artisti” fəxri adı, mügənni Erna Yüzbaşyanın isə “Ermənistanın əməkdar artisti” fəxri adından imtina etməsini bizim ziyalı və mədəniyyət xadimlərinə nümunə göstərirlər. Anormal yanaşmadır, deyilmi? Azərbaycan ziyalılarına qarşı yaranmış bu aqressiyanın qaynağı nədir, axı? Ermənistan prezidentinin yarıtmaz fəaliyyətinə göstərilən reaksiyalar niyə bizim ziyalılara nümunə göstərilməlidir? Yenə də erməni təəssübkeşliyi...
Yaxud da səhifələrində paylaşımlar edən bu adamlar Ermənistan meydanlarına axın etmiş ermənilərin fotolarını statuslarına salaraq yazırlar: “Azərbaycan hökuməti deyir ki, Ermənistanda əhalinin sayı azalır, işsizlik baş alıb gedir. Baxın, insanlar amma nə qədərdir”. ABŞ, Almaniya, Fransa, Rusiya və çoxsaylı digər dövlətlərin tanınmış KİV-ləri Ermənistandakı köçün faciəli həddə çatdığını yazırlar, bizim mühacirlər isə bu faktı inkar etmək yolu tutublar. Həqiqətən də, ermənilərin işsizlik və iqtisadi problemlər üzündən ölkəni tərk etmələri ilə bağlı Ermənistan mətbuatında hər gün yazılar dərc olunur. Elə bu gün onların “Epress” saytı kədərlə yazır ki, istedadlı gənclər Ermənistanı tərk edirlər. Hətta bu ölkənin Statistika Komitəsi də dəfələrlə bu problem haqda rəqəmlər açıqlayıb. Yəni bu hal bir daha onu göstərir ki, bu üzdəniraq siyasi mühacirlər yenə də ortada olan reallığı görməzdən gəlirlər, ermənilərə olan simpatiyalarının nəticəsi kimi onlara tərif yağdırırlar.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info