“Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“
Tarix: 24.04.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi dünyada böyük nüfuza malik olan qüdrətli dövlətlərdən birinə çevirib. Dövlətimiz sosial-iqtisadi sahədə əldə etdiyi uğurları ilə beynəlxalq təşkilatların da diqqət mərkəzindədir.
Cari ilin ilk rübünün nəticələri də dövlətin siyasətinin nə qədər uğurlu olduğunu təsdiqləyir. Belə ki, 2018-ci ilin 1-ci rübündə ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 3 faiz, kənd təsərrüfatı 4,2 faiz, xüsusən də bitkiçilik 50 faizdən çox artıb. Üç ayın yekunu üzrə ölkəmizin valyuta ehtiyatları 2,2 milyard dollar səviyyəsində artaraq 44,2 milyard dollar səviyyəsinə çatıb, ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi isə 24 faiz artıb. Birinci rübdə 34 min yeni iş yeri yaradılıb ki, bunların da 31 mini daimi iş yerləridir. Ölkəmizdə qeydə alınan bu inkişaf paytaxtın Qaradağ rayonundan da yan keçməyib. Rayonda əldə edilən uğurlar sakinlərin həyat şəraitinin yüksəlməsinə səbəb olub. Səngəçal terminalına “ev sahibliyi” edən rayon bir sıra strateji obyektləri ilə seçilir. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərində böyük rol oynayacaq Ələt limanını və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Qaradağ rayonunun siyasi-iqtisadi çəkisini xeyli artırır.

Yanvar ayının 1-dən mart ayının 31-dək 950 yeni iş yeri açılıb

Cari ilin ilk 3 ayı ərzində qeydə alınan nəticələr rayonun inkişafı haqqında ümumi təsəvvür yarada bilir. Rayon İcra Hakimiyyəti tərəfindən “Palitra”ya təqdim olunan məlumatda qeyd edilir ki, sənaye sahəsində 2018-ci ilin yanvar-mart aylarında 228 mln. 598 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. 2018-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 18 mln. 745 min 200 manat, rabitə müəssisələri tərəfindən isə 71 min 700 manat həcmində xidmət göstərilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 398 mln. 997 min manatlıq istehlak malları satılıb. 2018-ci ilin yanvar-mart ayları ərzində rayonun sosial-iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 105 milyon 664 min manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,3 faiz çox olub. 2018-ci il aprelin 1-i tarixinə olan məlumata əsasən, Qaradağ rayonunda 465 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Qaradağ rayonu ərazisində yanvar ayının 1-dən mart ayının 31-dək 950 yeni iş yeri açılıb, 950 şəxs işlə təmin olunub. O cümlədən rayon ərazisində abadlıq, mənzil fondunun əsaslı təmiri üzrə 50 nəfər, ağac əkimi və digər ictimai işlərə cəlb olunmaq üçün 900 nəfər vətəndaş işlə təmin olunub. Bu gün ölkəmizin hər bir guşəsi müasir görkəmi ilə seçilir. Bu baxımdan, Qaradağ rayonu da abadlıq-quruculuq meydanına çevrilib.

Lökbatanda 7 çoxmənzilli yaşayış binasının, 120 və 60 yerlik uşaq bağçasının tikintisi davam etdirilir

IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində rayonun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi 37, 41 və Hüseyn Məmmədov küçəsi 9 saylı çoxmənzilli yaşayış binalarının fasadları və giriş hissələri tam təmir olunaraq həyətin ərazisində abadlıq və yenidənqurma işləri həyata keçirilib. “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Eyni zamanda ərazidə 25 ədəd küçə işıqları, 12 kölgəlik quraşdırılıb. Bu ilin 14 aprel tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. Yaşayış binalarının dam örtüklərinin təmir olunması, yeni liftlərin quraşdırılması, asfalt yollar Qaradağ sakinlərinin ürəyincədir. Onu da qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarı ilə “Pilot layihə” formatında “Azkomfort” MMC və “Babək-94” MMC tikinti şirkətləri ilə bağlanmış müqavilə öhdəliklərinə müvafiq olaraq hazırda rayonun Lökbatan qəsəbəsi Seymur Orucov və 28 May küçələrində 7 çoxmənzilli yaşayış binasının, 120 və 60 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonun siması tamamilə dəyişib, insanların həyat səviyyəsi yüksəlib.

Qardaşlaşmış şəhərlər

Qaradağ rayonu strateji mövqeyi və obyektləri ilə seçilən rayondur. Bu isə rayonu xarici tərəfdaşlar üçün daha da cəlbedici edir. Rayon Rusiya Federasiyasının Volqoqrad, Ukrayna Kiyev Vilayətinin İrpen, Hollandiyanın Rotterdam şəhəri ilə qardaşlaşıb, Çin Xalq Respublikasının Çunçinq şəhərinin Çuzulunpo, Dalyan şəhərinin Yeni Cunpi rayonları və Şenzen şəhəri ilə, həmçinin Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonu ilə “Dostluq və Əməkdaşlıq” haqqında Memorandum imzalayıb. 2012-ci ildən Latviyanın Preyli diyar bələdiyyəsi ilə Azərbaycanın Qaradağ rayonunun Sahil bələdiyyəsi qardaşlaşmış bələdiyyələrdir. Rayonun xarici əlaqələri həm ölkəmizin, həm də Qaradağ rayonunun təbliği, turist və investisiya cəlbi baxımından böyük əhəmiyyət kəsb edir.

Qaradağı Çin üçün vacib edən səbəblər

Rayonun Çin şəhərləri ilə qurduğu əlaqələr böyük gələcək vəd edir. Artıq Qaradağ Rayon İcra Hakimiyyəti ilə Çin Xalq Respublikası Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Rayonun Ələt qəsəbəsində 1000 hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 milyard manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong Saziş imzalayıblar. Sazişə əsasən tərəflər Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən, eləcə də mövcud xammal və təbii resurslardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsini tətbiq etməklə ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinin qurulması, logistika mərkəzlərinin və xidmət sahələrinin yaradılması, “Made in Azerbaijan” brendi ilə rəqabətqabliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda potensial Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə “Sənaye Şəhərciyində” istehsal olunacaq məhsulların xarici ölkələrin bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən olunub. Nəzərdə tutulan layihənin icra müddəti 4 illik dövrü əhatə edir. Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və infrastrukturun salınması, ikinci ildə tikinti işlərinin aparılması və bir neçə sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi, növbəti illərdə isə layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin tam başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulub. Çin sərmayəsini Qaradağa gətirən səbəb
rayonun ölkəmizin ən iri sənaye mərkəzlərindən biri, neft-qaz və ağır sənaye müəssisələrinin yerləşdiyi məkanlardan biri olması ilə bağlıdır. Hazırda rayon ərazisində 90 sənaye müəssisəsi var ki, onlardan 22-si respublika əhəmiyyətli iri istehsal obyektidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması da “Bir kəmər-bir yol” layihəsini həyata keçirən Pekin üçün böyük maraq kəsb edir.

Qəsəbə sakinləri ilə səyyar görüşlər

Rayonun qəsəbələrində sakinlərlə İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun səyyar görüşlərinin keçirilməsi mütəmadi xarakter daşıyır. Belə görüşlərdə sakinlərin problemləri dinlənilir və onların tezliklə həll edilməsi ilə bağlı qırarlar qəbul edilir. Mart ayında Müşviqabad qəsəbə sakinləri ilə səyyar görüş olub. Bir neçə gün əvvəl isə belə bir görüş Sahil qəsəbə sakinləri ilə keçirilib. Keçirilmiş səyyar qəbulda 300-dən çox qəsəbədə sakinləri iştirak ediblər. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirib, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar. Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Daha sonra qəsəbə sakinlərinə Prezident tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib. Onu da qeyd edək ki, görülmüş işlərlə yanaşı, rayon ərazisində həllini gözləyən bir sıra zəruri problemlər mövcuddur. Belə ki, qəsəbədaxili yolların, qəsəbələrdə su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması, uzun illər istismarda olan çoxmərtəbəli yaşayış binalarının girişlərinin, zirzəmidəki su, kanalizasiya və istilik xətlərinin əsaslı təmirə ehtiyacı var. Həmçinin vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə baxılması istiqamətində görülən işlər günün tələbləri səviyyəsində qurulmalı, sakinlər tərəfindən qaldırılan sosial problemlər yerində həll olunmalı və vətəndaş məmnunluğu təmin edilməlidir.
Anar

"Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
22.10.2018
İmişlidə “ASAN Həyat” kompleksinin açılışı olub
22.10.2018
Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək
22.10.2018
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
22.10.2018
İmişlidə Bayraq Muzeyi istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10303

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info