Neftçalada 39 min 555 nəfər kütləvi tibbi müayinədən keçirilib
Tarix: 24.04.2018 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Neftçalada əhalinin pulsuz tibbi-profilaktik müayinəsi uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya başlanandan – fevralın 12-dən bu günə kimi rayon üzrə 39 min 555 nəfər sakin tibbi müayinədən keçirilib.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsindən AZƏRTAC-a bildirilib ki, humanitar aksiya rayon üzrə 64 min 544 nəfər sakini əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində iki daimi, bir səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb edilib. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə olunur.
Artıq 52 yaşayış məntəqəsindən 34-də, 80 təşkilatın isə hamısında kütləvi tibbi müayinələr başa çatıb.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı bir kənd xəstaxanası,15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Müayinələr zamanı xəstəlik aşkarlanan 3139 nəfər ambulator, 17 xəstə stasionar müalicəyə cəlb olunub, 1 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 11 xəstə isə müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info