Ermənistanın apardığı şovinist siyasət regional inkişafa təhlükə yaradır
Tarix: 24.04.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Təhlükəsizlik Xidməti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, Ermənistanın apardığı şovinist siyasət regional inkişafa təhlükə yaradır: "XX əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonlarında da erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti davam edib, nəticədə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal edilib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Baş prokurorluq, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi və ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror aktları ilə bağlı 600-dan çox cinayət işi başlanıb, müxtəlif istintaq tədbirləri aparılıb".Erməni terrorunun 100 ildən artıq yaşı olduğunu deyən E. Səmədovun sözlərinə görə, ASALA terror təşkilatı tərəfindən müxtəlif ölkə və şəhərlərdə türkiyəli diplomatlar qətlə yetirilib.E.Səmədov deyib ki, itkin düşmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir: "Gələcəkdə eksqumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür. DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun əməkdaşı Qasım Hacıyev deyib ki, Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb: "Ermənistan dövləti süni şəkildə yaradılıb. Bu dövlət terrorizm yuvasıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info