Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib
Tarix: 24.04.2018 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Prezidentin 23 aprel tarixli sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim olunub.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, yeni naziri Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov kollektivə təqdim edərək, Muxtar Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib. Ə.Əsədov qeyd edib ki, ekologiya və ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, müvafiq surətdə ətraf mühitin bütün sahələrində, o cümlədən aqromeşələrin salınmasında, yaşıllıqların artırılmasında, meşələrin inkişafında, biomüxtəlifliyin mühafizəsində, su ehtiyatlarının davamlı idarə olunmasında və digər sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Ə.Əsədov dövlət başçısı tərəfindən ekologiya və ətraf mühit sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələr verib.
Yeni ekologiya və təbii sərvətlər nazirinin təqdim edilməsində iştirak edən Hüseyn Bağırov nazir M.Babayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
M.Babayev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin  icrasının layiqincə təmin ediləcəyini vurğulayıb. M.Babayev bundan sonra da Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info