Naxçıvanın milli iqtisadi quruculuq proseslərinə dair yeni kitab
Tarix: 24.04.2018 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun müəllifi olduğu kitab “Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində” adlanır.
Kitabda müəllifin ölkənin aparıcı mətbuat orqanlarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında dərc edilən məqalələrinin bir qismi toplanıb.
Müəllif qeyd edir ki, ötən əsrin 90-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən məhz Naxçıvanda əsası qoyulan sosial-iqtisadi islahatlar ölkəmizin bütün regionlarının inkişafında müstəsna rol oynayıb.
Kitabda yer alan məqalələr günümüzün reallıqları və iqtisadi inkişaf səviyyəsi ilə səsləşir və onu yüksək elmi səviyyədə ifadə və təhlil edir. Naxçıvan Muxtar Respublikasının iqtisadi idarəetmə sahəsindəki təcrübəsinin ölkəmizin digər regionalarında da yayılması və tətbiqi ərazilərin müxtəlif emal və istehsal sahələri üzrə ixtisaslaşdırılmasına, məhsuldar əməkçi qüvvələrin yerləşdirilməsinə mühüm töhfələr vermişdir. Məqalələrdə əmək ehtiyatlarından istifadə məsələləri, işsizliyin azaldılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf mexanizmləri, iqtisadiyyatın sahə strukturunun əlaqəli inkişafı kimi bir çox aktual tədbirlərin həyata keçirilməsində dövlət siyasətinin səmrəliliyindən ətraflı bəhs olunur.
Cavadxan Qasımov milli iqtisadi quruculuq proseslərində sənayeləşmə siyasətinin effektivliyin, Sənaye Parklarının yaradılması, aqrar siyasətin səmərəli təşkili və idarə olunması, turizm sektorunun perspektivləri, bir sözlə, müəyyən edilən prioritetlər üzrə görülən işlərdən söz açılmış, bu istiqamətlər üzrə muxtar respublikanın ölkə iqtisadiyyatına verdiyi töhfələri diqqətə çatdırıb .
Kitabda muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərinin təqdimatı diaqramlar və təhlil nəticələri ifadə edən fotoşəkillərlə əks etdirilib.
Qeyd edək ki, bu, müəllifin Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı ilə bağlı 4-cü kitabıdır. Kitab eyni zaman da Naxçıvan Muxtar Respublikasının 2018-ci il üzrə İslam Mədəniyyətinin Paytaxtı olmasına ithaf olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info