Bakı Ali Neft Məktəbi SOCAR-ın III Beynəlxalq Forumunu keçirir
Tarix: 24.04.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya” Forumunun açılışı olub. Keçən ilki ilə nisbətən bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub. Ümumiyyətlə, bu il Forumda iştirak etməyə Azərbaycandan 72 nəfər, Rusiyadan 49 nəfər, Qazaxıstandan 32 nəfər, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər,  BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndələri  qatılıb.
Forumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq, artıq üçüncü ildir ki keçirilən SOCAR-ın Beynəlxalq Forumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunduğunu bildirib. Elmar Qasımov Forumun keçirilməsinin çox gözəl bir vaxta təsadüf etdiyini xüsusi vurğulayaraq, bir neçə gün bundan qabaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini qeyd etdi, Forum iştirakçıları adından bütün Azərbaycan xalqını təbrik edərək Azərbaycan Respublikasının daim çiçəklənməsini və inkişafını arzulayıb.
Daha sonra rektor Elmar Qasımov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında Forumun səmərəli platforma olduğunu bildirib. “SOCAR-ın III Beynəlxalq  Forumunda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın adının dünya  neft sektorunda önəmli mövqedə olmasından xəbər verir”, – deyə Elmar Qasımov bildirib.   
 Forumun iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən qısa filmi izləyərək onun əziz xatirəsini yad ediblər. SOCAR-ın III Beynəlxalq Forumunun açılış mərasimində Energetika naziri Pərviz Şahbazov, Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə,  BP-nin Azərbaycan,  Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və  Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək, Forum iştirakçılarını salamlayıb və irəlidəki günlərdə onlara uğurlar arzu ediblər.
 Qeyd edək ki, əsas  məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsi olan Forumun ilk üç günü dünyanın 30-dək ölkəsindən olan 40-a yaxın məruzəçinin çıxışı ətrafında müəyyən mövzuları əhatə edəcək. Forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq. Forumun sonuncu günü isə müxtəlif ölkələrdən olan iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıtda yerləşən neft-kimya kompleksinin müəssisələrinə texniki səfərlərin təşkil olunması nəzərdə tutulub.
 Forumda iştirak edən müəssisələr arasında dövlət strukturları, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), neft-kimya müəssisələri, nəqliyyat şirkətləri (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltınq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr və universitetlər var.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info