Elmin İnkişafı Fondu ilə “Elsevier” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Tarix: 24.04.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


 Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın ən iri elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan tanınmış “ELSEVIER” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.  Memorandum Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və “Elesvier”in vitse-prezidenti Haest Feliks tərəfindən imzalanıb. Tədbirdə “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru xanım Aliya Ospanova da iştirak edib.
Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev elmin inkişafına dövlət qayğısından danışaraq bildirib ki, ölkə alimlərinin qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub. Bu vəzifənin yerinə yetirilməsində tədqiqatçı alim və mütəxəssislər üçün hər cür şərait yaradılır: "Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu alimlərin elmi məlumat bazalarına çıxışının təmin edilməsidir. Elmin İnkişafı Fondu bu istiqamətdə öz töhfəsini verməyə çalışır və dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əməkdaşlıq əlaqələri qurur. Bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəmək istiqamətində qəti addımlar atdığını bir daha təsdiqləyir".
“Elesvier”in vitse-prezidenti Haest Feliks Elmin İnkişafı Fondu ilə əməkdaşlığın “Elsevier” şirkəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb. O qeyd edib ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş “Elsevier” sıralarında “ScienceDirect”, “Scopus”, “Elsevier Research Intelligence” və “Clinical Key” kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir.  
Memoranduma əsasən, tərəflər birgə təlimlər, müxtəlif xarakterli tədbirlər keçirəcək, elm-texnologiya, innovasiya və sənaye/biznes arasında əlaqələrin gücləndirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, texnologiyaların transferinə yardımçı olacaq işlərin yerinə yetirilməsində səylərini birləşdirəcək, elmi ekspertiza işinin təşkili, elmi verilənlər bazasının yaradılması, sərgilərin təşkili  kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan SCOPUS və aparıcı məlumat platforması sayılan SCİENCE DİRECT-dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illər ərzində aparılan təkmilləşdirilmə və yeniliklər barədə mütəmadi olaraq məlumat veriləcək, bu elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdiriləcək. Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək, “Elsevier”in məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabatların müntəzəm olaraq hazırlanması, həmçinin son illərdə geniş yayılmış “yırtıcı” jurnallar haqqında məlumatların yayılması da tərəflər arasında razılaşdırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info