Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb
Tarix: 25.04.2018 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Aprelin 24-də Bakıdakı “Qalereya 1969”da Mədəniyyət Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş sərgi açılıb.
Nazirlikdən bildirilib ki, sərgidə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb, sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərgidə Azərbaycan rəssamlarının 23 əsəri nümayiş olunur və bu əsərlər Zərifə xanıma, eləcə də Azərbaycan qadınlarına həsr olunub. O deyib: “Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətlər qurub. O, eyni zamanda evinin xanımı, gözəl ana olub. Ulu öndər Heydər Əliyevə işlərində dəstək olub, istedadlı və bilikli övladlar böyüdüb. Bu sənət əsərləri də Zərifə xanımın əziz xatirəsinə ehtiramın nümunəsidir”.
Mədəniyyət naziri Əbülfəs Qarayev oftalmoloq alimin zəngin və mənalı ömür yolundan söz açıb. Vurğulayıb ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb: “Artıq bu sərginin keçirilməsi ənənə halını alıb. Akademik Zərifə xanım Əliyeva haqqında tədbirlərin mədəniyyət ocaqlarında keçirilməsi onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərdən irəli gəlir. Ulu öndər Heydər Əliyev və ailəsi mədəniyyət və incəsənətə hər zaman böyük qayğı göstərib. Zərifə xanım da Azərbaycan mədəniyyətinə öz diqqətini heç vaxt əsirgəməyib”.
Bildirib ki, tarixən Azərbaycanda qadına, anaya böyük sevgi, hörmət bəslənilib. Bu il yaranmasının 100 ili tamam olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən dünyanın bir çox ölkəsindən əvvəl qadınlara səsvermə hüququ verilib. Bu da qadınların cəmiyyətimizdə nə qədər önəmli yer tutduğunu bir daha sübut edir. Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Sonra akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə görkəmli alimin şərəfli ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info