Çin liderindən çağırış: “Beynəlxalq hüququn əsas prinsiplərini müdafiə etməliyik”
Tarix: 25.04.2018 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Beynəlxalq münasibətlərə transformasiya baş verərək çoxqütblü sistemə keçid prosesi gedir. Bu proses təsir dairələrinin bölüşdürülməsi, regional və qlobal liderlik uğrunda kəskin rəqabətlə müşahidə olunur”

Rusiya müdafiə naziri: “İraq və Suriyada məğlub olan “İŞİD” terrorçuları Mərkəzi və Cənub-Şərqi Asiyaya axışır”

Çin müdafiə naziri:
“Müdafiə və təhlükəsizlik sahəsində yeni mexanizmlərin hazırlanması vacib məsələdir”

“Rusiya və Çin beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas prinsiplərini müdafiə etməlidir”. Bu fikri Çin lideri in Tsinpin Rusiyanın xarici işlər naziri Lavrovla görüşündə deyib. Çin lideri qeyd edib ki, Rusiya və Çin liderləri arasında əldə edilən konsensus, “Bir kəmər-bir yol” layihəsi ilə Avrasiya İqtisadi Birliyinin əməkdaşlığı davam etməlidir. Onun sözlərinə görə Pekin və Moskva bir-birini dəstəkləməli və beynəlxalq məsələlərə yanaşmanı koordinasiya etməli, beynəlxalq münasibətlərin ədalətli prinsiplərini və beynəlxalq hüququ qorumalıdır. Tsinpin bildirib ki, Rusiya-Çin əlaqələri iki ölkənin ən böyük sərvətidir: “İki ölkə BRİKS, ŞƏT, “Böyük iyirmilik” çərçivəsində əməkdaşlığı daha da möhkəmləndirməlidir”. O ümid etdiyini bildirib ki, Rusiya-Çin münasibətləri iki tərəfin də səyi nəticəsində yeni uğurlara imza atacaq. Qeyd edək ki, Pekində Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirlərinin toplantısı keçirilib. Toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, təşkilatın əsas prioritet cavabdehlik zonasında stabilliyin pozulmasına imkan verməməkdir: “Beynəlxalq situasiyanın gərgin olmasına baxmayaraq, biz stabilliyi qorumalıyıq. Rusiya dövlət başçısı Putin mart ayında Federal Məclisə müraciətində beynəlxalq təhlükəsizlik sistemini təkmilləşdirmək və sivilizasiyanın daha dayanaqlı inkişafı ətrafında düşünməyə çağırış etmişdi. Bu məqsədə çatmaq üçün sıx şəkildə əməkdaşlıq edilməlidir. İlk dəfədir ki, toplantımız yeni heyətdə keçirilir. Birgə səylərimiz nəticəsində Hindistan və Pakistan təşkilatın hərbi əməkdaşlıq sferasına aktiv şəkildə qoşularaq hərbi sahədə keçirdiyimiz bütün tədbirlərə qatılır”. Şoyqu bildirib ki, Hindistan və Pakistanın təşkilata qoşulması regional və qlobal səviyyədə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Şoyqu bildirib ki, İraq və Suriyada məğlub olan “İŞİD” terrorçuları Mərkəzi və Cənub-Şərqi Asiyaya axışır: “Həmin bölgələrdə yeni terror yuvaları yaradılır. Situasiyanı ağırlaşdıran məqam odur ki, terrorçular zərbə pilotsuz aparatları kimi müasir vasitələrdən istifadə edirlər. Terrorçuların Suriyada istifadə etdikləri pilotsuz aparatlardan 100 km məsafədə istifadə etmək mümkündür. Onların yaradılmasına inkişaf etmiş ölkələrlə əməkdaşlıq etmədən nail olmaq mümkün deyil. Əhalinin sıx yaşadığı rayonlarda bu vasitələrdən istifadə olunması ağır fəsadlara səbəb ola bilər”. Yeri gəlmişkən qeyd edək ki, Rusiya dövlət başçısı Putin də bir müddət əvvəl açıqlamışdı ki, “İŞİD” Rusiyanın cənubunda və Mərkəzi Asiyada stabilliyi pozmaq planı hazırlayır. ŞƏT ölkələrinin xüsusi xidmət orqanlarını sıx əməkdaşlığa dəvət edən Putin hesab edir ki, təşkilata üzv ölkələrdə “İŞİD”-in gizli “yuvaları” var. Şoyqunun da bu məsələni yenidən gündəmə gətirməsi Rusiya xüsusi xidmət orqanlarının əlində ciddi faktlar olduğunu təsdiqləyir. Şoyqu çıxışında onu da bildirib ki, ABŞ dünya dövlətlərini silahlanma yarışına cəlb edərək, beynəlxalq məsələlərdə hegemon rolunu qorumağı arzulayır. Onun sözlərinə görə, bu gün beynəlxalq münasibətlərə transformasiya baş verərək çoxqütblü sistemə keçid prosesi gedir: “Bu proses təsir dairələrinin bölüşdürülməsi, regional və qlobal liderlik uğrunda kəskin rəqabətlə müşahidə olunur. ABŞ belə bir vaxtda ölkələri silahlanma yarışına sürükləyir. ABŞ müttəfiqləri ilə belə, bərabərhüquqlu əməkdaşlıq qurmağa hazır deyil”. Şoyqu bildirib ki, ABŞ beynəlxalq siyasət və iqtisadiyyatla bağlı onu qane etməyən məsələləri hərbi güc yolu ilə həll edə biləcəyini açıq şəkildə etiraf edir. Çinin müdafiə naziri Vey Venxe isə çıxışında bildirib ki, dünyadakı situasiya dərin şəkildə dəyişir. Belə bir vaxtda müdafiə və təhlükəsizlik sahəsində yeni mexanizmlərin hazırlanması vacib məsələdir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info