Tbilisidə qondarma “erməni soyqırımı“ aksiyasına cavab aksiyası keçirilib
Tarix: 25.04.2018 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin yaxınlığında qondarma “erməni soyqırımı”nın 103-cü ildönümü ilə bağlı aksiya keçirilib. Gürcüstanın erməni icmasının təşkil etdiyi aksiyada Ermənistan və Gürcüstanın bayraqları dalğalandırılıb. Türkiyə səfirliyi də ermənilərin aksiyasına cavab aksiyası təşkil edib. Səfirliyə gəlmiş Gürcüstanda yaşayan türkiyəli və azərbaycanlı gənclər, iş adamları Türkiyəyə dəstək ifadə ediblər. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib ki, ermənilər yalanlarından əl çəkmirlər. Diplomat Türkiyəyə dəstək göstərən azərbaycanlılara təşəkkür edib. Səfirlik qarşısında erməni terrorçularının qətlə yetirdikləri türk diplomatlarının fotoları sərgilənib. Dəstək aksiyasının iştirakçıları Türkiyə, Azərbaycan və Gürcüstan bayraqları dalğalandırıblar. Aksiya "Erməni yalanlarına son!", "Ermənilərin Qarabağdakı soyqırımlarını unutmadıq!" şüarları ilə keçirilib. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib ki, Azərbaycan və Gürcüstan xalqına qarşı əsl soyqırımını ermənilər törədib. Aksiyalarda təhlükəsizliyin təmin olunmasına çoxlu sayda polis cəlb olunub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info