“Dünyanın “isti müharibəyə” doğru sürüklənməsinin qarşısını almalıyıq”
Tarix: 25.04.2018 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Belarus prezidenti Aleksandr Lukaşenko bəya edib ki, "dünyanın yoldan çıxaraq” yeni "isti müharibə"yə sürüklənməsinin qarşısını almaq lazımdır. O, bunun üçün Belarusun irəli sürdüyü "Helsinki-2" təşəbbüsündən yararlanmaq və Avro-Atlantik və Avrasiya ölkələri arasındakı ziddiyyətləri aradan qaldırmağa çağırış edib. Qeyd edilməlidir ki, Lukaşenko bir müddət bundan əvvəl də Avro-Atlantik və Avrasiya ölkələri arasında ziddiyyətlərin aradan qaldırılması üzrə dialoqun təşkili təşəbbüsü ilə çıxış etmişdi. Onun fikrincə, vaxtilə ATƏT-in yaranması ilə nəticələnən "Helsinki prosesi" yeni formada təkrarlanmalıdır. Belarus prezidenti belə bir dialoqa ev sahibliyi etmək üçün Minsk uğurlu bir platforma ola biləcəyini də qeyd edib. Xatırladaq ki, Belarusun paytaxtında Ukraynanın şərqindəki münaqişənin həllinə nail olmaq üçün təmas qrupunun iclasları keçirilir. Lukaşenkonun sözlərinə görə, Belarus müstəqil regional oyunçu kimi dünyada öz layiqli yerini tuta bilib: “Bu gün Minsk dünya ictimaiyyətinə əsasında təhlükəsizlik və əməkdaşlıq ideyalarının dayandığı qlobal xarici siyasət təşəbbüsü təklif edir”. Bununla yanaşı, Lukaşenko etiraf edib ki, Minskin təklif etdiyi "Helsinki-2" formatı nə Amerika, nə Çin, nə də ki, Rusiya tərəfindən irəli sürülmədiyindən dövlətlər bu təşəbbüsə qoşulmağa tələsməyəcəklər: “Amma bütün ağıllı insanlar bu fikirlə razılaşmalıdırlar. Biz bir neçə il bundan əvvəl Helsinkidə bu prosesin inkişafı ilə bağlı bir araya gəlməliydik. Əslində, bu, məcburiyyətdən doğan bir haldır. Biz dünyanın “isti müharibəyə” doğru sürüklənməsinin qarşısını almalıyıq”. Belarus lideri ölkəsinin çoxvektorlu xarici siyasət kursunun bundan sonra da davamlı olacağını bildirib: “Biz bundan sonra da müxtəlif tərəfdaşlarla əməkdaşlıq qurmağa davam edəcəyik. Biz, eyni zamanda fərqli qütblər arasında da maraqlarımızı balanslaşdırmaqla yeni geosiyasi təhlükəsizlik yastıqları yaradacağıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info