Sarkisyanın hərbi tribunala verilməsinin vaxtı çatıb
Tarix: 25.04.2018 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Sergey Markedonov:” Şəxsən mən on ildir deyirəm ki, Ermənistan Baqramyan prospektindəki baş nazirin iqamətgahından bir az böyükdür”

Bir neçə gün öncə Ermənistanda keçirilən ümumxalq mitinqi yenicə baş nazir seçilmiş Serj Sarkisyanın “əbədi hakimiyyətinin” sonu ilə nəticələndi. Erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşatmış, iqtisadiyyatı tamamilə çökdürmüş, ölkədə mafioz-oliqarx sistem qurmuş və ən nəhayət Ermənistanda xeyli sayda insanların ölkədən baş götürüb qaçmasına səbəb olan cinayətkar xuntanı yıxmağı bacardı. Ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girovluqda saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtara bildi. Amma Serj Sarkisyanın bununla başının dinc olacağı görünmür, o canını belə asan qurtarmayacaq. Ermənilər bundan sonra Sarkisyanı daha çox sıxaraq, ölkəni viran qoyduğu üçün hesabat soracaqlar. Azərbaycan üçün də Qarabağda, Xocalıda inanılmaz cinayətlər törətmiş bir keçmiş hərbi komandirin-Serj Sarkisyanın cəzalandırılması daha asan olacaq.
Yəni, Dağlıq Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı əməliyyatlarına birbaşa rəhbərlik etmiş Serj Sarkisyanın cəzalandırılmasının vaxtı artıq çoxdan çatıb və bunun üçün indi münbit şərait də yaranıb. Serj Sarkisyanın Xocalıda törədilən cinayətlərdə birbaşa iştirak etdiyi, bu cinayətlərə görə məsuliyyət daşıdığı artıq müzakirə mövzusu deyil. Hətta Sarkisyan müsahibələrinin birində bunu etiraf da edib. Xüsusən də Xocalıda dinc insanları vəhşicəsinə öldürən erməni qrupların rəhbəri kimi məsuliyyət daşıyan bir adamın bundan sonra rahat gəzməsi düzgün olmazdı. Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamın miqyası və xarakterini nəzərə alaraq, bir sıra ölkələrin parlamentləri bu faciəni kütləvi qırğın və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib. Berlin, Sarayevo, Haaqa, Mexiko, Ankara, İzmir, İzmit, Kocaeli, Sakarya, Uşak şəhərlərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr qoyulub. Xocalı soyqırımı indiyədək Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Panama, Peru, Honduras, Qvatemala, Sudan, Sloveniya, İndoneziya, Paraqvay, Cibuti, Şotlandiya, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb və pislənilib. Yəni bu faciəyə siyasi və hüquqi qiymət verilir, belə ölkələrin sayı ilbəil artır. İndi qalıb faciədə əli olanların cəzalandırılması.
Ortada olan faktlar bizə imkan verir ki, Serj Sarkisyanın cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi normalardan istifadə edək və o beynəlxalq tribunalda öz cəzasını alsın. Bəlkə də indiyə kimi prezident kürsüsündə oturduğu üçün beynəlxalq təşkilatlar ona qarşı hər hansı sərt addım atmaq istəməyiblər. Artıq bu gün onun “toxunulmazlıq” statusu yoxdur və o törətdiyi antiinsani vəhşiliklərin, qəddarlığın, soyqırımın cavabını almalıdır. Azərbaycanın qeyri-hökumət təşkilatları da bu sahədə aktiv olmalıdırlar, xüsusən də hüquq sahəsində məşğul olanlar bu işlərdə fəallıq göstərməlidirlər və Avropa İnsan Haqları Məhkəməsinə, Beynəlxalq Hərbi Tribunala, insan haqları təşkilatlarına müraciətlərin sayı artmalıdır. Yalnız bu yolla Sarkisyan layiqli cəzasını ala bilər. Belə bir qatı cinayətkarın cəzalandırılması bütün dünya xalqları üçün də vacibdir. Qısası bu cür cinayətlər cəzasız qalmamalıdır.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da Sarkisyanın cəzalandırlmasının vaxtının çoxdan çatdığını, erməni xalqının Serj Sarkisyanın yürütdüyü siyasətdən çoxdan bezdiyini deyir. Bu səbəbdən də xalq ona öz yerini göstərdi. Onun fikrincə, Serj Sarkisyanı bundan sonra Xocalıdakı əməllərinə görə ağır cəzalar , o cümlədən beynəlxalq hərbi tribunal da gözləyə bilər.

“Artıq erməni xalqı Xocalı soyqırımının əsas səbəbkarını hakimiyyətdən qovmaqla, öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı. Əgər erməni xalqı bundan sonra legitim hakimiyyət formalaşdırmağı bacarsa, Ermənistanı düşdüyü çüxurdan çıxara bilərlər. Amma bunun üçün Ermənistan, ilk növbədə, işğalçılıq əməllərindən əl çəkməli və regional əməkdaşlığa can atmalıdır”,-deyə millət vəkili Sədaqət Vəliyeva vurğulayıb. Sədaqət Vəliyeva bildirib ki, bütün bunlarla bərabər, Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir. Serj Sarkisyan həm Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı, həm də öz vətəndaşlarına qarşı böyük cinayətlər törədib. Ona görə də onun beynəlxalq tribunalda cəzalandırılmasını erməni xalqı da tələb edə bilər.
Bu arada Ermənistandakı son hadisələrlə bağlı bir məsələni də vurğulamaq yerinə düşər. Bəzi erməni siyasətçilər Ermənistanda baş verənləri “demokratiyanın təntənəsi” adlandırılar, guya erməni xalqı demokratik ənənəyə malik bir xalqdır. Ermənilərin bu iddialarına qarşı Rusiya dövlət Humanitar Universitetinin dosenti, siyasi ekspert Sergey Markedonov tutarlı cavab verib (Tert.am). Onun fikrincə, hakimiyyət dəyişikliyi Ermənistana heç bir yenilik gətirməyəcək: “Sabah möcüzə baş verməyəcək. Nə miqrasiya dayanacaq, nə Qarabağ məsələsi nizamlanacaq nə də korrupsiya aradan qaldırılacaq. Şəxsən mən on ildir deyirəm ki, Ermənistan Baqramyan prospektindəki baş nazirin iqamətgahından bir az böyükdür”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info