Ermənistandakı çevriliş qansız ötüşməyib
Tarix: 25.04.2018 | Saat: 01:47:00 | E-mail | Çapa göndər


Son günlər Ermənistanda baş verən siyasi proseslər öz məntiqi sonluğuna çatsa da indi daha çox ermənilərin Serj Sarkisyanı geri addım atmağa vadar eləməklərindən-istefa verməsindən yox, mitinqlər zaman baş vermiş arzuolunmaz hadisələrdən danışılır. Məlum olduğu kimi, etirazçı hərəkatın rəhbəri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan mitinqləri təşkil edərkən xalqa radikal addımlar atmamaq kimi çağırışlar edirdi. O, dinc aksiyalar keçirməyi, amma hakimiyyətin fəaliyyətini iflic eləmək üçün yollarda avtomobillərin hərəkətini, dövlət qurumlarının fəaliyyətini dayandırmağı tapşırırdı. Beləcə Nikol Paşinyan ölkədə dinc yolla, qan tökülmədən inqilabın baş verəcəyini deyirdi. Amma proseslər başa çatandan sonra bəlli olub ki, əslində Ermənistandakı çevriliş zamanı qan tökülüb. Belə ki, mitinqdə etirazçılar “Erkrapa” təşkilatının sədr müavinini öldürüblər. Məlum olub ki, Eçmiədzində “Erkrapa” könüllülər ittifaqında şöbə sədrinin müavininə, 46 yaşlı Nver Ovanisyana qəsd edilib. “News.am” xəbər verir ki, mitinqlər zamanı sinəsindən bıçaq yarası alaraq ağır yaralanan zərərçəkən xəstəxanaya çatdırılıb. Nver Ovanisyanın həyatını xilas etmək üçün həkimlər cərrahi əməliyyat həyata keçirsələr də, o vəfat edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Nver Ovanisyan mitinq iştirakçılarından biri tərəfindən bıçaqlanıb. Qeyd edək Nver Ovanesyan Qarabağ müharibəsinin veteranlarından sayılırdı. Həmçinin o da məlum olub ki, mitinq iştirakçıları bir deputatı da ağır döyüblər. Belə ki, “Jamank” qəzeti yazır ki, Ermənistanda baş verən bu xaotik proseslər zamanı Araqasotum vilayətindən deputat seçilmiş Nairi Saakyan Ucan kəndi yaxınlığında nümayişçilər tərəfindən döyülüb. Araqasotum vilayətinin qubernatoru isə döyülməkdən zorla canını qurtarıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info