“İranla nüvə sazişi imzalanmamalı idi“
Tarix: 25.04.2018 | Saat: 02:11:00 | E-mail | Çapa göndər


İran ilə altı ölkə - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında 2015-ci ildə - hələ Barak Obamanın prezidentliyi dövründə əldə edilmiş, rəsmi adı “Geniş əhatəli birgə fəaliyyət planı” olan sazişi Tramp dəfələrlə “bütün zəmanələrin ən pis sövdələşməsi” adlandırıb. Bununla belə, İran ilə həmin razılaşmanı Avropada böyük uğur kimi qiymətləndirirlər. Axı bu saziş nüvə silahının yayılmasının qarşısını diplomatik səylər sayəsində almağa imkan verdi. Donald Tramp Ağ evin sahibi olandan sonra avropalılar çalışırlar ki, İran barədə sazişin ABŞ tərəfindən pozulmasına yol verilməsin. Tramp administrasiyası İran üçün daha sərt şərait yaradılmasında israrlıdır, avropalılar isə bu məsələni ciddiləşdirməyə tələsmirlər. Axı bu, əslində yeni saziş bağlanmasının zəruri olmasını etiraf etməyə bərabərdir. Ekspertlər hazırda danışıqlar prosesini xeyli mürəkkəbləşdirən bir sıra amillər mövcud olduğunu göstərirlər. Antiiran sanksiyaları məsələsində Obama hökumətinin məsləhətçisi olmuş aparıcı ekspert Riçard Nefyu KİV-ə müsahibə verib. O deyib: “Aİ qrupuna aid ölkələr arasında ABŞ ilə danışıqlar bir məsələni qəlizləşdirir: Almaniya, Fransa və Böyük Britaniya Aİ üzvü olan bütün ölkələrin fikrini ifadə edə bilərmi? Axı həmin ölkələrin bəziləri Tehrana münasibətdə daha yumşaq mövqe tuturlar”. Ekspert vurğulayıb ki, Almaniya başqa ölkələri, məsələn İtaliyanı və ya Aİ-dən çıxmağa hazırlaşan Böyük Britaniyanı vahid xəttin tərəfdarı olmağa məcbur edə bilməz. İranın nüvə proqramına dair sazişin taleyini həll edə biləcək daha bir amil Trampın və onun tərəfdarlarının Tehranla saziş barəsində sərt mövqe tutmasıdır. Bu sərt xəttin tərəfdarlarından biri - Trampın milli təhlükəsizlik məsələlərinə dair müşaviri Con Bolton hələ 2007-ci ildə ABŞ prezidenti administrasiyasını İrana qarşı hərbi əməliyyatı mümkün qədər tezliklə aparmağa çağırırdı. Amerikada yeni təhlükəsizlik mərkəzinin eksperti Elizabet Rozenberq ehtiyatlı şəkildə deyir: “Bütün bu halları nəzərə almaqla problemin hansısa möcüzəli diplomatik həllini tapmaq çox çətin olacaq”. Bəs bu vəziyyətdə Merkel və Makron nə etməlidirlər ki, İrana dair saziş pozulmasın? Amerika administrasiyasında göstərirlər ki, yüksəkvəzifəli Avropa siyasətçilərinin Ağ Evin rəhbərinə təsir etmək imkanları çox məhduddur. Merkel və Makron Trampı İrana dair sazişin şərtlərinə bundan sonra da riayət edilməsinin ABŞ-ın maraqlarına uyğun olmasına inandıra bilmələri üçün onların əlində kifayət qədər tutarlı dəlillər olmalıdır. Donald Tramp dünən fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı deyib. İranla nüvə razılaşması axmaqlıqdır və bərbaddır. Tramp deyib ki, bu nüvə razılaşması heç vaxt imzalanmamalı idi. Makron isə bu nüvə razılaşmasının Orta Şərqin təhlükəsizliyi üçün mühüm bir addım olduğunu deyib.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info