“Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil“ - Brüsseldən TƏHLİL 
Tarix: 25.04.2018 | Saat: 14:56:00 | E-mail | Çapa göndər



​​
Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə çıxan minlərlə nümayişçi 10 illik prezidentlik dövründən sonra ölkə parlamenti tərəfindən Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə etiraz nümayiş etdirdi. Bir neçə gün ərzində küçələrdə 100 mindən çox adam yeni təyin olunmuş baş nazirin istefasını tələb etdi. Aprelin 23-də Serj Sarkisyan 11 gün davam edən etiraz aksiyasından sonra istefa verib.
 
Brüsseldə yerləşən Cənubi Qafqaz üzrə Avropa Siyasəti Mərkəzinin baş analitiki Amanda Paul Eurasia Diary-ə verdiyi müsahibəsində Ermənistanda baş verən bu irimiqyaslı nümayişin səbəbləri haqqında danışıb. "Bu etirazlar vasitəsilə ermənilər: - Kifayətdir ! Yetər ! - dedilər. Ermənilər Sarkisyanın şantajçıları və müttəfiqlərindən cana doyub. Onlar səssiz qalmaqdan və Sarkisyanın prezident postunu baş nazir vəzifəsilə əvəz edərək hakimiyyətdə qalmasına imkan verən siyasi sistemdəki dəyişiklikləri qəbul etməkdən imtina etdilər", deyə Amanda Paul bildirib.
 
O, bu etirazların həlledici olduğunu, buna baxmayaraq, bunun son bir neçə il ərzində ermənilərin rəhbərliyə qarşı qəzəb və narazılığını ifadə etdiyi 2015 -ci ildə keçirilən "Ermənistanın elektrik şəbəkələri" nümayişləri də olmaqla ilk hal olmadığını deyib. Ancaq bu dəfə küçəyə çıxan adamların sayı görülməmiş dərəcədə çox idi və təxminən 200 minə çatırdı.
 
"İnsanlar rüşvətxorluqdan, iqtisadi çətinliklərdən, özbaşınalıqdan, qeyri-demokratik idarəetmədən, sosial bərabərsizliydən və s. yorulmuş və daha yaxşı həyat istəyirlər. Cəmiyyət daha fəal olub, xüsusilə də gənc nəsil səthi islahatlar deyil, real dəyişikliklər istəyir. Vətəndaş cəmiyyəti daha da güclənib. Ermənilər hakimiyyətə qarşı çıxmağa, dəyişiklikləri tələb etməyə və Sarkisyan getməyincə evə dönməyəcəklərinə hazır olduqlarını nümayiş etdirdilər. Ancaq onun istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil. Yeni parlament seçkilərinin keçirilməsi tələbi var və bu növbəti addım olmalıdır", deyə Amanda Paul əlavə edib.
Beynəlxalq ictimaiyyətin Ermənistandakı etirazlara reaksiyasından danışarkən Amanda Paul deyib ki, onlar dialoq qurulmasına və təmkinli olmağa çağırdılar; lakin sonda Sarkisyan başa düşdü və daha öncə olduğu kimi ağır taktikaya əl atmaq və güc tətbiq etmək əvəzinə  istefa verdi.
 
"Belə bir qərarın verilməsi, Qərblə xüsusilə də, Ermənistanın yenicə müqavilə bağladığı Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsinə gətirib çıxarardı. Bu razılaşma İrəvan üçün önəmlidir", - deyə o bildirib.
 
«Aydındır ki, Ermənistanda yaşayan hərbi sülhməramlıların nümayişçilərlə çiyin-çiyinə durmaq qərarı həlledici oldu. Bu hökumətin inamını qırdı və onların vəziyyətə nəzarət etməsinə mane oldu", - sonda o qeyd edib.
 
Baş analitik Amanda Paul bildirib ki, Ermənistandakı bu vəziyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində çətin ki, hər hansı bir dəyişikliyə səbəb olsun. O deyib ki, bunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir edəcəyini görmək üçün zamana ehtiyac var. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info