“Azərbaycanla əlaqələri daha da genişləndirəcəyik”
Tarix: 25.04.2018 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə yeni təyin olunmuş federal müvəkkili Kaşmala Tariq ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, Əli Əlizadə Azərbaycanın insan hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, seçilməsi, insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, müvəkkil aparatı və regional mərkəzləri, insan hüquqları sahəsində görülən maarifləndirmə işləri, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istaqəmətində aparılan islahatlar, qəbul olunmuş və həyata keçirilən dövlət proqramları haqqında məlumat verib. Azərbaycanın 20 faiz torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğunu, lakin özlərini insan hüquqları sahəsində qabaqcıl hesab edən bir çox aparıcı xarici təşkilatların və dövlətlərin bu cür hallara laqeyd yanaşdığını, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və təmininin vacib amil olduğunu bildirən səfir Əli Əlizadə Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini bildirib və buna görə müvəkkilə təşəkkür edib.
Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq qadınların insan hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində Pakistanda həyata keçirilən işlər haqqında məlumat verərək, ədalətsiz münaqişələr nəticəsində kütləvi əziyyət çəkən insanların hüquqlarının bərpasının daha vacib olduğunu və ikili yanaşmalar nəticəsində bunun uzun zaman çəkməsinin təəssüfverici olduğunu qeyd edib. Müvəkkil Azərbaycanın inkişafı və gözəlliyi ilə bağlı əldə etdiyi məlumatlardan məmnun qaldığını, Azərbaycanın insan hüquqları üzrə Müvəkkili və aparatı, eləcə də Azərbaycan Səfirliyi ilə sıx işləməkdə maraqlı olduğunu və fəaliyyəti dövründə əlaqələrin daha da genişlənməsində səylərin artırılacağını vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info