Ev şəraitində konservləşdirmə hansı hallarda ölümlə nəticələnə bilər
Tarix: 25.04.2018 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, qış aylarında da yemək istədiyi üçün ənənəvi üsullardan istifadə edərək, həmin meyvə və tərəvəzləri ev şəraitində konservləşdirir. Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, bəzən konservləşdirmə prosesinin düzgün aparılmaması ölümlə nəticələnə bilən, tibbdə Botulizm zəhərlənməsi adlanan qida zəhərlənmələrinə gətirib çıxara bilir.
Botulizm Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinum bakteriyası torpaqda geniş yayılıb. Bu bakteriya yüksək temperatura dözümlü olub, havasız mühitlərdə daha fəal şəkildə çoxala bilmək qabiliyyətinə malikdir. Havası olmayan konserv bankaları bu bakteriyanın toksin ifraz etməsi üçün ən “əlverişli” mühitdir..
Botulizm xəstəliyinin törədicisi turş mühitlərdə (pH səviyyəsi 4.6-dan az olan) inkişaf edə bilmədiyi üçün turşuluğu yüksək olan meyvə və tərəvəzlərdə toksin ifraz edə bilmir. Botulizm toksininə ən çox yaşıl lobya, ispanaq, göbələk, çuğundur kimi turşuluğu aşağı olan tərəvəzlərdə rast gəlinir. Bu toksin insan orqanizminə daxil olduqda, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, xəstə dünyasını dəyişə bilər. Bu səbəbdən sadaladığımız əlamətləri (və onların hər hansı birini) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edilməli və ya "təcili yardım" çağırılmalıdır.
Botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilən xəstəlikdir.
Botulizm xəstəliyinə yoluxmamaq üçün ev şəraitində konserv hazırlayarkən aşağıda qeyd edilmiş gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir:
Konservləşdirmə üçün istifadə edilən meyvə və tərəvəzlər diqqətlə seçilərək axar su altında fırça vasitəsilə yaxşı yuyulmalıdır. Əks halda yaxşı yuyulmamış meyvə və tərəvəzlərdə torpaqdan həmin məhsullara keçmiş Botulizm törədiciləri qala bilər.
Meyvə və tərəvəzlərin yığılacağı bankalar əvvəlcədən yuyulub 10 dəqiqə müddətində qaynadılmalıdır. Bunun üçün, istiliyə və təzyiqə davamlı şüşə qablardan istifadə edilməlidir.
Konserv bankalarının zədəli (sınıq və ya çatlaq ) olmamasına xüsusilə diqqət yetirilməlidir.
İçərisi məhsullar ilə doldurulmuş bankalar 30 dəqiqə müddətində 100°C temperaturda qaynadılmalıdır.
Hazırlanmış konservlər soyuq yerdə (soyuducu, eyvan, zirzəmi) saxlanılmalıdır.
İstifadə etməzdən öncə konserv bankaları baxışdan keçirilməlidir. Bankası zədələnmiş (sınmış və ya çatlamış), qapağı şişmiş konserv məhsulları istifadə edilməməlidir.
İçərisindəki maye köpüklənibsə, məhsulun rəngində və qoxusunda dəyişiklik varsa, həmin konserv məhsulları istifadə edilməməlidir.
Qeyd etmək lazımdır ki, yalnız ev şəraitində hazırlanan konservləri deyil, ticarət şəbəkələrində satılan sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən dükanlarda tərəvəz, balıq, ət və s. konservləri aldıqda, qablaşmaya fikir verilməlidir; məhsul təzə olmalı (yararlıq müddətinə fikir verilməli), qapağı "şişməməli", metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info