Karen Karapetyan: ”Hakimiyyət davası uzansa, Ermənistan ağır fəsadlarla üzləşəcək”
Tarix: 25.04.2018 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“Turizm sahəsi tənəzzül edəcək, xarici investorlar sərmayə yatırmayacaq”

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan erkən seçkilərin mövcud siyasi vəziyyətdən qurtulmağın ən yaxşı yol olduğunu bildirib.
« Baş nazir küçədə yox, yalnız parlamentdə seçilə bilər»-deyə Karen Karapetyan jurnalistlərə açıqlamasında bildirib: «Əgər siyasi partiyalar razılaşarsa, bu zaman ölkədə erkən seçkilərin keçirilməsi mümkündür. Biz siyasi gündəmi məhdudlaşdırmırıq. Belə davam edə bilməz, təbii ki, bizim iqtisadi problemlərimiz olacaq, hətta ölkədəki investorların gedəcəklərini də istisna etmirəm. Mən sizin hamınızı ayıq başla düşünməyə çağırıram. Bununla belə, hər kəsin fikir və narazılığını çox yüksək qiymətləndirirəm. Biz bütün narazılıqlara reaksiya göstərdik, indi isə oturub problemləri müzakirə etməyə hazırıq».

Karapetyan ilk olaraq turizmdəki tənəzzülü və biznes fəaliyyətində azalmanı göstərərək, hakimiyyət davası uzanacağı təqdirdə, ölkənin ağır fəsadlarla üzləşəcəyini istisna etməyib. Onun sözlərinə görə, hazırda Ermənistana sərmayə qoymağa hazırlaşan bir çox investorlar yaranmış vəziyyəti müşahidə etməklə, gözləmə mövqeyi tutublar. Karapetyan dövlət sisteminin dağılmasının qarşısını almağa çağırıb: «Biz işimizi davam etdirməliyik, maaşlar, pensiyaların ödənilməsi, hərbi xidmətə çağırılması, normal həyat tərzinə qayıtmalıyıq».
Paşinyanın hökumət başçısını xalq arasından seçmək tələbi ilə bağlı sualı cavablandıran Karapetyan baş nazirin küçədən seçildiyi bir ölkə tanımadığını bildirib:” İnsanların narazılıqları başadüşüləndir. Ancaq Paşinyanı Baş nazir kimi hakimiyyətə gətirmək istəyənlərin xalq və ya digər insanlar olduğu başadüşülən deyil. Burada meyar nədir? Bunun üçün seçki mövcuddur. Buna görə, əgər xalq, doğrudan da Paşinyanı seçmək istəyirsə, gəlin erkən seçkiləri keçirək və qanuni seçkilərlə seçilsin. Xalqın seçimi xalqın səsi ilə baş tutur».
Xatırladaq ki, Paşinyan və Karapetyanın çərşənbə gününə planlaşdırılan danışıqlarının ləğv edildiyi məlum olub. Karapetyan Paşinyanla görüşdən imtinasını onun öz şərtlərini diktə etməyə çalışması kimi dəyərləndirib.
Qeyd edilməlidir ki, Paşinyan Karapetyanın erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlarını qəbuledilməz hesab edir. «Novosti Armeniya» saytının yazdığına görə, Paşinyan əsas kimi, yaranmış vəziyyətdən Respublikaçılar Partiyası nümayəndələrinin yararlanmağa çalışaraq, öz namizədlərini baş nazir postuna oturdacaqlarını göstərir: «Xalqın qələbəsi «de-yure» kimi, nə qədər tez qeydə alınsa, bir o qədər yaxşıdır. Əgər biz Serj Sarkisyanı hakimiyyətdən imtina etməyə məcbur etmişiksə, deməli, onun partiyadaşlarını da öz planlarından imtina etməyə məcbur edə bilərik». Müxaliəfət lideri şəxsi «Facebook» səhifəsində yazıb: «Mən Karapetyana dedim ki, biz heç vaxt sizə belə addımlar atmağa imkan verməyəcəyimizi anlatmaq istəyirəm.”
Belə görünür ki, Respublikaçılar Partiyası hakimiyyəti asanlıqla əldən vermək niyyətində deyil. Lakin maraqlıdır ki, son günlər hakim partiyadan olan bəziləri də Paşinyana dəstək verməyə başlayıblar. Məsələn, ermənilərin «1in.am» saytına danışan Respublikaçı Partiyasından keçmiş deputat Aşot Ağababyan Nikol Paşinyana dəstək nümayiş etdirərək respublikaçıları öz günahlarından tövbə etməyə çağırıb.
Ölkədəki «Maariflənmiş Ermənistan» partiyasına mənsub Edmon Marukyan da Paşinyanın baş nazir postuna namizəd ola biləcəyini istisna etməyib. Erməni saytlarının yazdığına görə, «Qrinas Yerkir» partiyası da N. Paşinyanı dəstəkləməyə hazırlaşır.
Bütün bunlara baxmayaraq, bu gün Paşinyanın rəhbərliyi ilə İrəvanda etiraz aksiyaları yenidən başlayıb. «Azatutyun» radiosunun verdiyi məlumata görə, vətəndaş itaətsizliyi aksiyasına səbəb Paşinyanla mövcud hakimiyyət arasında planlaşdırılmış görüşün baş tutmamasıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info