Deputat Avropa Şurasını müzakirə və dialoqa üstünlük verməyə çağırıb
Tarix: 25.04.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Danimarkanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Anders Samuelsenin ötən sessiyadan sonrakı dövrdə görülmüş işlərlə əlaqədar hesabatı dinlənilib. Hesabatdan sonra Parlament Assambleyasının üzvləri müxtəlif aktual problemlərlə bağlı suallarını ünvanlayıblar.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Nazirlər Komitəsinin sədrinə təşkilatın iş prinsipləri və gələcək inkişafı ilə əlaqədar sualla müraciət edib: “Ən yaxşı münasibət forması dialoq, detalların müzakirəsidir. Bu yolla hətta düşmənlə belə müəyyən müddətdən sonra hansısa razılıqlara gəlmək mümkündür. Lakin son illər Avropa Şurasında bu prinsipə etinasız münasibəti müşahidə edirik. Belarus Avropada olsa da, neçə illərdir onu demokratiya məktəbi sayılan Avropa Şurasına buraxmadıq. Bəlkə neçə illərdən bəri Belarus bu ailədə olsaydı tənqid edə-edə, müzakirələr apara-apara o ölkədə arzuladığınız bir çox dəyişikliklərə nail ola bilərdiniz. Eyni yanaşma tərzi ilə Rusiyanı təşkilatdan küsdürdük. Eyni yanaşma tərzi ilə belə ölkələrin sırasının bir az da genişlənməsi təhlükəsi var. Çünki belə təhlükə təşkilatın özünü süquta apara bilər. “Tam mən deyən deyilsənsə bir yerdə ola bilmərik” kimi radikal yanaşma qətiyyən doğru deyil. Yanında olanı islah etmək həmişə daha asandır. Nazirlər Komitəsi təşkilatdan belə qopmaların yalnız maddi problemlər deyil, daha ciddi böhranlar doğurduğunun və doğuracağının fərqindədirmi? Təşkilatımızın gələcək taleyi, mövcudluğu ilə bağlı belə məsələlər Nazirlər Komitəsində müzakirə edilibmi? Edilməyibsə bu biganəliyin səbəbi nədir? Edilibsə vəziyyəti dəyişmək üçün hansı addımlar atılıb?”
Nazirlər Komitəsinin sədri Anders Samuelsen cavabında bildirib: “Avropa Şurası üzv ölkələrlə əməkdaşlığın, dialoqun tərəfdarıdır və üzv dövlətlər bu dəyərlər məktəbi olan təşkilatda ortaq prinsipləri bölüşürlər. İnsan haqlarına hörmət, demokratik dəyərlərə geniş meydan açmaq, hüququn aliliyinin təmin edilməsi Avropa Şurasının əsas fəaliyyət istiqamətləridir. Bunlar təşkilatın Nizamnaməsində də əksini tapır. Əlbəttə, reallıqda təəssüf ki, bəzən bütün bunlardan istisnalar da müşahidə edilir. Üzv dövlətlər bu təşkilata qəbul edilərkən öhdəliklər götürür və həmin öhdəliklərə əməl etmələri vacibdir. Haqlısınız, Avropa Şurasına qəbul edilən hər ölkənin özünəməxsus tarixi, taleyi və keçdiyi yol var. Hamıdan ən qısa zaman içərisində ali səviyyədə olmasını tələb etmək düzgün olmazdı. Hər ölkənin bu təşkilata hansı yolu keçərək, hansı taleyi yaşayaraq gəldiyi də hər zaman diqqətdə saxlanılmalıdır.
Belarusa gəlincə, bizim bu ölkəni təşkilata üzv qəbul etməməyimiz müəyyən problemlərlə bağlıdır. Bizim Avropa Şurası olaraq əsas məqsədlərimizdən biri ölüm hökmünün ləğvi məsələsidir. Digər tərəfdən, biz söz, mətbuat azadlığı və digər demokratik dəyərlərin təmin edilməsinə də daim üstünlük veririk. Rusiya ilə bağlı onu deyə bilərəm ki, bu ölkə Avropa Şurasının üzvüdür, biz onu kənarlaşdırmırıq, Rusiya özü son dövrlərdə əməkdaşlığa fasilə verib və üzvlük haqqını da ödəmir. İstərdik ki, bu əməkdaşlıq və iş birliyi davam etsin. Sizin fikrinizlə razıyam. Bəli, dialoq, hər məsələ barədə ətraflı müzakirələr lazımdır və məhz həmin yolla çox çətin suallara cavab tapmaq asanlaşar”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info