İsa Həbibbəyli: “Türkiyə ilə ədəbi əlaqələrimiz güclənib”
Tarix: 25.04.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XX əsrin əvvəllərindən bu günə Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri” mövzusunda panelin açılışı olub. Tədbir AMEA-nın Ədəbiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dünya üçün nümunə olduğunu bildirib. İ.Həbibbəyli Azərbaycan və Türkiyə ədəbiyyatlarının ortaq köklərindən, müasir ədəbi əlaqələrin inkişafından danışıb. Qeyd olunub ki, tarixən Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri müasir ədəbi əlaqələrin inkişafına zəmin yaradıb.
Ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsini xatırladan alim hər iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib. O, panelin ədəbi və maarifçilik sahəsində ortaq dəyərlərin üzə çıxarılmasına və zənginləşdirilməsinə töhfə verəcəyini söyləyib.
Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünün tamam olduğunu və tədbirin bu çərçivədə keçirildiyini bildirib. O, XX əsrdə hər iki ölkənin ədiblərinin və maarifçi xadimlərinin müxtəlif cərəyanların təsirinə məruz qaldığını, lakin geniş dünyagörüşləri və yüksək təhsilləri sayəsində milli dövlət ətrafında birləşdiklərini qeyd edib. Bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyəti dövründə Türkiyədə təhsil almış, türk fikir və mədəniyyətini mənimsəmiş ədəbiyyatçı və maarifçi şəxslərin apardıqları mübarizələri yenidən gündəmə gətirmək, hər iki ölkənin alimləri arasında ünsiyyət körpüsü qurmaq məqsədi daşıyır.
Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev panelin mövzusunun müasir dövr üçün aktual olduğunu deyib. Bu istiqamətdə zəruri tədqiqatların aparılmasına ehtiyac olduğunu söyləyən A.Usubəliyev tədbirin iki ölkə arasında ədəbi, elmi, mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Paneldə professor Yavuz Akpınar “Türkiyə-Azərbaycan əlaqələri baxımından “Cəlal Ünsi”, professor Ədalət Tahirzadə “Bakıdan İstanbula və İstanbuldan Bakıya gedən müəllimlər”, professor Ramiz Əsgər “Türkiyəyə gedən azərbaycanlı ədiblər”, filologiya elmləri doktoru Nikpur Cabbarlı “Son əsrdə Azərbaycan-Türkiyə maarif münasibətləri”, dosent İrfan Murad Yıldırım “Molla Nəsrəddin və Türkiyə”, dosent Yılmaz Özkaya “Türkiyə-Azərbaycan ədəbi əlaqələrində “Yeni Kafkasya” və Azeri-Türk” dərgiləri” və Ömer Özcan “Azərbaycan siyasi mühacirətinin bilinməyən ismi: Əfəndizadə Mehmet Şərif bəy” mövzularında məruzələrlə çıxış ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info