Deputat köməkçiləri AZAKA-da kurs keçdi
Tarix: 25.04.2018 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Cari ilin 23-24 aprel tarixlərində Milli Məclis, Azərbaycan Anti-Korrupsiya Akademiyası və ASAN Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə deputat köməkçiləri üçün işgüzar etiket və korrupsiyaya qarşı mübarizə texnikaları mövzusunda 2 günlük təlim kursu keçirilib.
Kursu giriş sözü ilə Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi İşlərlə və Milli Məclisin deputatlarının köməkçiləri ilə iş sektorunun müdiri Elşad İsmayılov və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Təlim-Tədris Mərkəzinin müdiri Nazənin Hüseynova açıb.
30-dan çox deputat köməkçisinin iştirak etdiyi kursun ilk günü iştirakçılar interaktiv forma və metodlarla düzgün və səmərəli dövlət idarəçiliyinə, etik davranış qaydalarına, səmərəli xidmət mədəniyyətinin əsas şərtlərinə yiyələnib, tətbiqi bacarıqlarını təkmilləşdirmək imkanı qazanıblar. Təlimin ikinci günü isə iştirakçılara BDU Hüquq fakültəsinin Elmi Şurasının katibi, Konstitusiya hüququ kafedrasının baş müəllimi Elshad Nasirov korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə texnikaları: şəffaflıq, ictimai nəzarət, hüquqi maarifləndirmə, onlayn və real mübarizə metodları barədə seminar keçib.
Təlimlərin metodologiyası Avropa Şurasının müvafiq təlimlərini uğurla bitirib sertifikat alan dövlət qulluqçuları və müəllimlər tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanıb.
Qeyd edək ki, AZAKA tərəfindən 2018-ci ilin fevral-mart-apel ayları ərzində dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə qulluqçuları, özəl sektorun nümayəndələri, tələbələr və digər hədəf qruplar üçün “Etik davranış və korrupsiyaya qarşı mübarizə texnikaları mövzusunda” təlimlər, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış peşəkarların iştirakı ilə və Nadir Adilovun iştirakı ilə 2 “Şəffaf Forum”, korrupsiya və ona qarşı mübarizə ilə bağlı kino klub keçirilib.
Bundan başqa AZAKA tərəfindən ilk dəfə olaraq ölkəmizdə “Beynəlxalq Şəffaflıq” təşkilatının “Beynəlxalq Korrupsiya Barometri” əsasında Milli Korrupsiya Barometeri hazırlanıb və 2500 vətəndaş arasında sorğu keçirilib. Sorğunun nəticələri 2018-ci ilin fevral ayında açıqlanıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info