Ali məktəblərin biznes qurumları ilə əlaqələri məzunları işlə təmin edəcək
Tarix: 26.04.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


“Ali təhsil müəssisələri ilə iş dünyası arasında əməkdaşlıq tələbələrin gələcəkdə təcrübəli kadr kimi yetişməsində əvəzsiz rol oynayır”

Fakültənin dekanı, dosent Mirağa Əhmədov Prezidentin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin ölkədə iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesini sürətləndirdiyini bildirib. Ölkədə həyata keçirilən islahatların prioritet istiqamətinin rəqabətə davamlı milli innovasiya sisteminin yaradılması olduğunu vurğulayan M.Əhmədov innovasiya siyasətinin yeni bilik və texnologiyaların istehsalı və tətbiq edilməsi ilə yanaşı, elm və təhsilin, elmtutumlu cəmiyyətin davamlı inkişafının bərqərar edilməsinə yönəlməli olduğunu bildirib. Dünya dövlətlərində universitetlərin elm mərkəzləri, sahibkarlıq institutları kimi formalaşdığını və təhsilin elmi innovasiyalar əsasında qurulduğunu vurğulayan dekan UNEC-də son dövrlərdə bu istiqamətdə atılan uğurlu addımları diqqətə çatdırıb. M.Əhmədov müəllim və tələbələri innovativ layihələr hazırlamağa cəlb etmək, onların ideyalarını dəstəkləmək və sahibkar kimi yetişdirmək məqsədilə UNEC-də iqtisadiyyatın müxtəlif sahələri üzrə bir çox tədqiqat mərkəzlərinin, o cümlədən İnnovativ Biznes İnkubatoru (İBİ) və UNEC Biznes Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Fakültə dekanı Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və ictimaiyyətdə geniş rezonans doğuran “UNEC2B” platformasına da diqqət çəkib. O, UNEC-in iş dünyası ilə strateji əməkdaşlıq platformasının tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması ilə yanaşı, Azərbaycanda öz məzunlarına görə, məsuliyyət daşıyan universitet anlayışını da tamamilə yeniləyir.
UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov elm, təhsil və sahibkarlıq universitetlərinin vəzifələrindən söz açıb. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu gün həmin universitetlərin aparıcı mövqeyə malik olduğunu qeyd edən professor bu universitetin gəlirlərinin mühüm hissəsinin məhz innovativ fəaliyyət hesabına formalaşdığını vurğulayıb. UNEC-in məhz bu kontekstdə dünya təhsil xidmətləri bazarında rəqabətqabliyyətli brend universitet yaratdığını bildirən professor, burada yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlandığını, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığını, iş dünyası ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib. UNEC-də son 4 ildə aparılan elmi fəaliyyətə nəzər salan professor, bu müddət ərzində bu sahədə yüksək nailiyyətlər əldə edildiyini bildirib. O, UNEC alimlərinin nüfuzlu beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayının 4 dəfə artdığını diqqətə çatdırıb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrin daha sıx qurulmasının əhəmiyyətindən bəhs edib. Biznes qurumlarının rəhbərləri ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirlərindən danışıb.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ali təhsildə innovasiya və özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndirib, sahibkarlıq və innovasiyaların dəstəklənməsi yolu ilə ali təhsilin ölkənin iqtisadi inkişafındakı rolundan bəhs edib. Bakı Tekstil Fabrikinin Baş direktoru Elçin Babayev ali təhsil müəssisələri ilə iş dünyası arasında əməkdaşlığın tələbələrin gələcəkdə təcrübəli kadr kimi yetişməsində əvəzsiz rol oynadığını qeyd edərək, UNEC-lə əməkdaşlığın hər iki sektor üçün əhəmiyyətli olacağını vurğulayıb. Çıxışlardan sonra konfrans öz işini “Dünyada kiçik və orta sahibkarlığın inkişaf strategiyası və Azərbaycan modeli” və “XXI əsrin çağırışlarına uyğun Azərbaycanda insan kapitalının formalaşması strategiyası” mövzularına həsr olunan bölmə iclaslarında davam etdirib. Sonda konfrans məruzəçilərinə sertifikatlar təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info