“Bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik”
Tarix: 26.04.2018 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkənin KİV-lərində geniş işıqlandırılıb. Türkiyənin bir çox KİV-lərində öz əksini tapan xəbərlərdə Prezident İlham Əliyevin Ankaraya səfəri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Qeyd edək ki, “TRThaber”, “Habertürk”, TRT Avaz və digər televiziya kanalları ümumilikdə ondan çox məlumat yayıb. Həmçinin “Millyet.com.tr”, “Yenisafak”, “Akşam”, “Vatan”, “Millet”, “Sabah” və digər qəzetlərdə səfərlə bağlı yazılar dərc edilib.

“Ahaber.com.tr”:
“İlham Əliyevin qarşılanma mərasimində ilk dəfə Azərbaycanın şərəfinə “Can Azərbaycan” səslənib”
“Ahaber.com.tr” saytının “Prezident Ərdoğan, İlham Əliyevi rəsmi mərasimlə qarşıladı” adlı məqaləsində qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkəyə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevi rəsmi mərasimlə qarşılayıb. Azərbaycanda 11 apreldə keçirilən seçkilərdə yenidən Prezident seçilən İlham Əliyevin ilk dəfə xaricə səfərinin Türkiyəyə gerçəkləşməsi ziyarətə xüsusi bir önəm verir. Rəsmi səfər üçün Türkiyəyə gələn Azərbaycan Prezidenti İlham Əliyevi Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Sarayının önündə qarşılayıb. İki liderin iştirak etdiyi mərasimdə 21 top atəşi ilə yanaşı, milli himnlər səslənib. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. Mərasimdə tarixdə mövcud olan 16 türk dövlətini təmsil edən bayraq və əsgərlər yer alıb. Mərasimdə ilk dəfə “Can Azərbaycan” musiqisi səslənib.
“Posta.com.tr”də “Prezident Ərdoğan və Əliyevdən birgə açıqlama” başlıqlı yazı dərc edilib. Yazıda Prezident R.T.Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Sarayında birgə mətbuat konfransı yer alıb. Burada Prezident R.T.Ərdoğanın açıqlamalarından bir neçə fikrə diqqət yetirilir: “Can Azərbaycan bölgənin sabitlik abidəsi kimi işıq saçmağa davam edəcək. Azərbaycanla birgə çalışmağa davam edəcəyik”. Prezident İlham Əliyev isə bildirib: “Türkiyə ilə həyata keçirdiyimiz layihələrin böyük mənası var. Bu layihələr etibarı və sabitliyi təmsil edən layihələrdir”. “Sabah.com.tr” də isə “Prezident Rəcəb Tayyib Ərdoran İlham Əliyevi rəsmi mərasimlə qarşıladı” başlıqlı yazı dərc edilib. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Prezident R.T.Ərdoğan tərəfindən rəsmi qarşılama mərasimi ilə bağlı yazı öz əksini tapıb. Burada, həmçinin qeyd edilir ki, səfər çərçivəsində təşkil olunacaq görüşlərdə Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsi üçün atılacaq addımlar, bölgədəki və beynəlxalq, gündəlik hadisələrlə bağlı müzakirələr aparılacaq.

Türkiyə Prezidenti:
“TANAP -ın açılışı
seçkidən əvvəl olacaq”

“Gaste24.com” saytında “Prezident Ərdoğandan seçkiöncəsi TANAP müjdəsi” adlı yazı dərc edilib. Sayt xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransında çıxış edən R.T. Ərdoğan, "Bu, dünyaya müjdəmiz olsun" deyərək Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) açılışının seçkidən əvvəl olacağını açıqlayıb. Ərdoğan bildirib ki, "Mən iyunun 24-dən sonra ilk səfərimi Azərbaycana edəcəyəm".
“Star.com.tr” “Azərbaycan Prezidenti İlham Əliyev: Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var” adlı yazı dərc edib. Məqalədə qeyd edilir ki, Azərbaycanda keçirilən prezident seçkilərində qalib olduqdan sonra ilk xarici səfərini Türkiyəyə edən İlham Əliyev və Ərdoğan birgə mətbuat konfransı keçirib. Seçkilərdən sonra ilk dəfə Türkiyəyə gəlməsinin bir ənənə olduğunu deyən İlham Əliyev, bunun iki ölkənin dünya miqyasında bir-birinə ən yaxın iki ölkə olduğunu göstərdiyini bildirib. Türkiyə ilə Azərbaycanın bölgədə çox böyük və tarixi layihələr həyata keçirdiyini deyən İlham Əliyev iki ölkənin birliyi sayəsində bu nöqtəyə gəldiklərini bildirib: “Bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırmaqla yanaşı, bölgədə iş birliyini inkişaf etdirəcək və sabitliyi təmin edəcək. Bizim həyata keçirdiyimiz layihələr sadəcə iqtisadi deyil, eyni zamanda çox böyük siyasi məna da daşıyır, etibar və sabitliyi də artırır”.
Qeyd edək “hürriyet.com.tr də isə ”Azərbaycan Prezidenti İlham Əliyev Beştəpədə” adlı xəbər yer alıb. “Yenisafak.com”da isə “İlham Əliyev Sarayda rəsmi mərasimlə qarşılandı” başlıqlı yazı dərc edilib. “Trthaber.com”, “Haberturk.com” da isə “Azərbaycan Prezidenti İlham Əliyev Ankarada” başlıqlı yazı dərc edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info