ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verib
Tarix: 26.04.2018 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Aprelin 24-də ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Koen bəyanatla çıxış edib və ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən cari ilin 18 aprel tarixində Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda daha sonra, Azərbaycan Respublikasında fəal yəhudi icmasının yaşadığı və əhalisinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanın İsrail ilə dost münasibətləri ilə seçilən ölkə olduğu bildirilib.
Bununla yanaşı, Sovet İttifaqından öz müstəqilliyini elan edəndən dərhal sonra, Azərbaycan Respublikasının 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malik olduğu vurğulanıb. Azərbaycan Respublikasının İsrail dövləti ilə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi bəyanatda qeyd olunub. Bəyanatda həmçinin, bu il Azərbaycan Respublikasının müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüz illiyinin qeyd olunduğu vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info