Bəzi ali məktəblərin magistraturaya qəbul aparmalarına icazə verildi
Tarix: 05.06.2013 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Ötən tədris ilində magistraturaya qəbulu dayandırılmış bəzi ali məktəblərin bu təhsil səviyyəsi üzrə bakalavr qəbulunun aparılmasına icazə verilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib ki, keçən tədris ilində bəzi ali məktəblərin magistraturaya qəbul aparması üçün plan yerləri ayrılmamışdı. Ötən tədris ilində özəl ali məktəblərdən Təfəkkür Universiteti, Bakı Asiya Universiteti, Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, dövlət universitetlərindən isə Mingəçevir Politexnik Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbul dayandırılmışdı. Buna görə də bu ali məktəblər magistraturanın heç bir ixtisası üzrə qəbul apara bilməyiblər. Ancaq bu il Təfəkkür Universiteti və Bakı Asiya Universiteti istisna olmaqla, qalan ali məktəblərin magistraturaya qəbul aparması yenidən bərpa edilib: "Onlar tərəfindən əvvəlki illərdə magistraturaya qəbul aparılıb. Ancaq keçən il onlara plan yerləri ayrılmamışdı. Bu il yenidən onlara magistraturaya qəbul aparılması üçün yer verilib. Görünür ki, müəyyən araşdırmalar aparılıb və nəticədə qəbul bərpa edilib". N.Əliyev qeyd edib ki, adıçəkilən universitetlərə magistratura səviyyəsi üzrə qəbulun aparılması 2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistratura səviyyəsi üzrə qəbul planında yerlərin sayının artmasına səbəb olub. TQDK rəsmisinin sözlərinə görə, növbəti tədris ili üçün magistraturaya qəbul planının artmasına yeni ixtisaslar üzrə qəbulun aparılması da təsir edib. O, qeyd edib ki, magistraturada dinşünaslıq, balıqçılıq təsərrüfatı üzrə bir sıra yeni ixtisaslar yaradılıb: "Bundan əlavə, 2009-cu ildə yeni bakalavr ixtisaslarına qəbul aparılmışdı. Bu il həmin ixtisasların buraxılışı olub. Digər tərəfdən, Aviasiya Akademiyasında təhsil əvvəl beşillik idi. Bu il onların hamısı dördillik təhsil başa vururlar. Bununla əlaqədar orada magistratura üzrə yeni ixtisaslar yaradılıb".




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info