“2001-ci ilədək olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb“
Tarix: 26.04.2018 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


"Respublikamızda 2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb".
 
Bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, daxili istehlak yüz faiz yerli istehsal hesabına ödənilir və respublikadan müəyyən həcmlərdə elektrik enerjisi ixrac olunur.
 
“2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb. Kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərimiz də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Elektrik enerjisinin istehsalı, ötürülməsi, dispetçer idarəetməsini həyata keçirən və öz fəaliyyəti sahəsində regionda aparıcı müəssisə olan "Azərenerji" ASC-nin başlıca məqsədi və vəzifəsi Azərbaycan Respublikasının elektroenergetika sisteminin dayanıqlılığını təmin etməklə, elektrik enerjisinin istehlakçılara etibarlı, təhlükəsiz və səmərəli ötürülməsini həyata keçirmək, öz fəaliyyətini davamlı şəkildə təkmilləşdirmək, istehlakçıların tələbatını tam həcmdə ödəmək, xarici bazarda inamlı tərəfdaş mövqeyini möhkəmləndirməkdir. ASC və onun tabeçiliyində olan müəssisələr "İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri" Beynəlxalq Standartının tətbiq olunmasını bəyan edib”, - deyə E.Pirverdiyev əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info