Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beynəlxalq konfrans keçirilir
Tarix: 26.04.2018 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilir. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq baş tutan beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyəti birgə təşkil edilib. Konfrans başlamazdan öncə iştirakçılar Heydər Əliyevin və "Qanlı dərə" qəhrəmanlarının şərəfinə ucaldılan abidələri ziyarət ediblər, sonra isə soyqırıma həsr olunan kitab sərgisinə baxış keçirilib.
Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan nümayəndələr qatılıb.
Konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov konfransda çıxış edərək tarix boyu Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. 
Konfrans 3 gün davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib
18.06.2019
Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib
18.06.2019
Sahil Babayev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info