Hindistanda AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib
Tarix: 26.04.2018 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın Hindistandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar paytaxt Dehlidə tədbir təşkil edib.
Səfirlikdən bildiriblər ki, Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilən tədbirdə Hindistanın dövlət və hökumət qurumlarının məsul şəxsləri, ictimaiyyətin nümayəndələr, diplomatik korpusun təmsilçiləri, elm adamları iştirak ediblər.
Müvəqqəti işlər vəkili Ceyhun Əliyev müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, dövlət quruculuğu istiqamətindəki işindən, parlamentin qanunvericilik fəaliyyətindən, xarici siyasətindən danışıb.
Bildirilib ki, Xalq Cümhuriyyətinin ömrü bolşeviklərin işğalı səbəbindən cəmi 23 ay sürüb. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra özünü AXC-nin varisi elan edib.
Müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin və idarəçilik qabiliyyətinin müstəsna rol oynadığını vurğulayan diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini və beynəlxalq ictimaiyyətin fəal üzvü olduğunu diqqətə çatdırıb.
Hindistanın tanınmış siyasətçisi, sabiqi nazir Arif Məhəmməd Xan, tanınmış elm xadimi, professor C.S.Racput, Türkiyənin Hindistandakı səfiri Şakir Özkan Torunlar, Qazaxıstan səfiri Bulat Sarsenbayev, Hindistanın siyasi xadimlərindən Virender Kataria, ictimai-siyasi xadim və yazıçı Müzəffər Əhməd, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis K.V. Rancan Azərbaycanın tarixi, ümummilli lider Heydər Əliyevin dünya tarixinə töhfələri, ölkəmizin müstəqillik yolu, azadlıq mübarizəsi və Prezident İlham Əliyevin rəhbərliyi qazandığı nailiyyətləri, Azərbaycan-Hindistan əlaqələri barədə çıxış ediblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info