“Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” 
Tarix: 26.04.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Türkiyənin Beynəlxalq Əməkdaşlıq Platformasının (Uluslararası İşbirliği Platformu) təşkilatçılığı ilə Antalyada “Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” mövzusunda konfrans keçirilir.
 
APA-nın xəbərinə görə, Antalya vilayətinin Bələk şəhərində keçirilən tədbirdə iki ölkə biznesinin tanınmış təmsilçiləri, siyasətçilər, rəsmi şəxslər və media nümayəndələri iştirak edir. İştirakçılar sırasında Türkiyə iqtisadiyyat nazirinin müavini Fatih Mətin, Antalya Böyükşəhər Bələdiyyəsinin başqanı Menderes Türel, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov, son prezident seçkilərində namizəd olmuş Sergey Baburin, Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının sədri Ahmet Palankoev, politoloq Aleksandr Dugin, Türkiyənin SETA (Siyaset, Ekonomi ve Toplum Araştırmaları) Vəqfinin koordinatoru Bürhanəddin Duran, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Mahmud Erol Kılıç və digər şəxslər, o cümlədən Azərbaycan mediasının nümayəndələri də var.
 
Toplantıda Rusiya və Türkiyə arasında iqtisadiyyat, enerji, turizm, müdafiə sənayesi, bank-maliyyə, təhsil və digər sahələrdə münasibətlərin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunur.
 
Rusiya Xalq İttifaqı Partiyasının lideri, Beynəlxalq Slavyan Şurasının sədri, prezidentliyinə sabiq namizəd Sergey Baburin konfransda çıxış edib. O, inkişaf etməkdə olan Rusiya-Türkiyə münasibətlərini daha da dərinləşdirməyin zəruriliyini vurğulayıb. Natiq qeyd edib ki, Rusiya vətəndaşlarının türkləri, Türkiyə vətəndaşlarının isə rusları daha yaxşı başa düşməsi vacibdir: “Humanitar, mədəniyyət sahələrində əlaqələr, eləcə də iqtisadi-ticari əməkdaşlıq gücləndirilməlidir. Biz iki ölkə prezidentlərinin ölkələrimizin bir-birinə yaxınlaşdırılması istiqamətində atdıqları addımları yüksək qiymətləndiririk. Lakin üçüncü qüvvələr bizim əməkdaşlığımızda maraqlı deyillər”.
 
S. Baburin bildirib ki, dünyada ədalətli düzənin bərqərar edilməsi arzuolunandır: “Hər şey təbii ki, bu qədər sadə deyil. Ona görə də, qonşu ölkələrlə münasibətləri tənzimləmək lazımdır. Bu halda Rusiya və Türkiyə Avropa üçün birləşdirici xətt rolunu oynaya, Türkiyə sayəsində Rusiya üçün Avropa İttifaqı ilə olan anlaşılmazlıqları aradan qaldırmaq mümkün ola bilərdi”.  
 
S. Baburin sonda konfransda iştirak edən sərmayədarlara, iqtisadçılara, rəsmilərə, Türkiyədə çalışan rusiyalılara uğurlar arzulayıb.
 
Konfrans davam edir.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma
23.05.2019
İngiltərənin baş naziri Tereza Meyin iddiası
23.05.2019
Әfqanıstanda terror tәşkilatı DEAŞ-a ağır zәrbә endirilib
23.05.2019
Hindistanda qarşıdurma, iki müqavimәtçi öldürülüb
22.05.2019
Çin ABŞ-ı ədalətli mövqe nümayiş etdirməyə çağırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info