Ermənistanda baş nazir postuna seçkilər mayın 1-də keçiriləcək
Tarix: 27.04.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Dünən səhər saatlarında Ermənistan müxalifətinin tərəfdarları vətəndaş itaətsizliyi aksiyasını bərpa ediblər. TASS xəbər verir ki, müxalifətin lideri Nikol Paşinyanın baş nazir seçilməsini tələb edən nümayişçilər İrəvanın bir neçə mərkəzi küçəsini, həmçinin Zvartnos hava limanına aparan yolu bağlayıb. Yerli KİV-lərin məlumatlına əsasən, ölkənin bir neçə digər şəhərində də yürüşlər və vətəndaş itaətsizliyi aksiyası keçirilir. Gümrü şəhərinin Vardanans meydanına yüzlərlə insan toplanıb. Vanadzor, Artaşat və Maralik şəhərlərində də analoji vəziyyət hökm sürür. Etirazlara dəstək verən vətəndaşlar müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə yerli vaxtla saat 12:00-da bütün ölkədə 20 dəqiqə ərzində öz avtomobillərini yollarda dayandırıblar. Parlamentin spikeri Ara Babloyan bildirib ki, Ermənistanın baş naziri ölkə parlamentinin mayın 1-də keçiriləcək xüsusi iclasında müəyyən olunacaq. Xatırladaq ki, aprelin 23-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifətin 10 gün davam edən kütləvi etiraz aksiyalarından sonra baş nazir postundan istefa verib. Nazirlər Kabinetinin başçısı vəzifəsinə isə müvəqqəti olaraq baş nazirin birinci müavini Karen Karapetyan təyin edilib. Ölkə konstitusiyasına uyğun olaraq, baş nazirin istefasından sonra 7 gün ərzində parlament fraksiyaları bu posta namizədlərini irəli sürə bilərlər. Bundan sonra nazirlər kabinetinin rəhbəri açıq səsvermə yolu ilə seçiləcək. Müxalifət hökumət başçısı postuna “xalqın namizədinin” - Nikol Paşinyanın seçilməsini tələb edir. Hakim Respublika partiyası növbədənkənar parlament seçkilərinə razılıq versə də, müxalifətin bu tələbini konstitusiyaya zidd hesab edir. Dünən Ermənistanda Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefa veriblər. Ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa qərarlarını açıqlayıblar. Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan da hakim Respublika Partiyasının sədrliyindən də istefa verib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info